Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“GRAND HOUSE” mebel mağazası istehlakçıları belə aldadır- FOTO

 

“GRAND HOUSE” mebel mağazasından dəyəri 1300 manat olan dairəvi divan almışam. Mağaza işçiləri vitrində mənə bir məhsul göstərib, başqa məhsul satıblar”

 

Yenixeber.org: Bunu sözügedən mebel mağazası tərəfindən aldadıldığını söyləyən Gülnaz Həsənova adlı istehlakçı bildirib: “GRAND HOUSE”dan mebel sifariş etdik. Lakin divanı evə gətirəndə onun sifarişimizdən fərqləndiyini gördük. Belə ki,  gətirilən divanın ölçüsü  seçdiyimizlə uyğun gəlmir. Divanın ölçüsü kiçik olmaqla bərabər, üstünün parçası  keyfiyyətsizdir. Dərhal mağaza ilə əlaqə saxlayıb iradımı bildirdim. 1 gün sonra oraya  getdim və salondakı mebelin keyfiyyəti, ölçüsü ilə evə gətirilən arasındakı ciddi fərqi bir daha gördüm”. 

İstehlakçı deyir ki, divanın parçası da onun mebel salonunda gördüyü parça ilə eyniyyət təşkil etmir. Yumşaq mebeli geri qaytarmaq istədiyini deyən G.Həsənova mağazanın buna razı olmadığını bildirib.

O da məlum olub ki, mağaza mebeli Türkiyə istehsalı adı ilə müştəriyə satıb: “Bizə dedilər ki, mebelin hissələri Bakıda yığılır. Lakin divan sex məhsuluna oxşayır”. 

Məsələ ilə bağlı “GRAND HOUSE” mebel mağazasının da rəyini öyrəndik. Mağazanın meneceri  dedi ki, onlar istehlakçını aldatmayıblar: “İstehlakçı malı vitrində  bəyənib. Sonra divanın üzlənməsi üçün digər  kataloqdan rəng seçib. Bizim səhvimiz yoxdur.  Necə sifariş ediblərsə, divan da eynilə yığılıb. Sadəcə, istehsalçı onda səhv edib ki, divanın bir küncü 3, digər küncü 2,4 m-dir. Sifariş zamanı ölçüləri dəyişdirilərək bir küncü 3, digər küncü 2 metr götürülüb. Necə istəyiblər elə də etmişik. Artıq 13 gündür mal alınıb. Geri qaytarıla bilməz. Sadəcə, dəyişdirə bilərik”.

O da məlum olub ki, “GRAND HOUSE”un mebelləri yerli məhsuldur. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirildi ki, hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, sanitar-gigiyenik norma və qaydaların tələblərinə, eləcə də, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır: “Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür. 

Bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilib. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya  saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

-   qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi;
-   satış qiymətini uyğun məbləğdə azaltmağı;
-   malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
-   malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
-   müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı və ya istehsalçı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.

Eyni zamanda, malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər satıcı və ya istehsalçı tərəfindən tam həcmdə ödənilməlidir. İri qabaritli və ağır çəkili malların istehlakçıdan satıcıya və ya istehsalçıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının və ya istehsalçının hesabına həyata keçirilir.

Onu da qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli qərarı ilə AR ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməsi mümkün olmayan malların siyahısı təsdiq edilib. Bu qərara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, baxçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş fIrçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları geri qaytarılmır.

Göstərilən müddət ərzində malı dəyişdirmək, qaytarmaq  mümkün olmadıqda, istehlakçı satıcı və ya istehsalçı qarşısında digər tələblərin, yəni malın satış qiymətini uyğun məbləğdə azaltmağı, onun qüsurlarının icraçının satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli, markalı, tipli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Digər tərəfdən, sahibkar tərəfindən malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həcmdə ödənilməsi təmin edilməlidir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam