Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Özəl klinikalarda qanun pozuntuları aşkarlandı-“Grand Hospital", “İmplant Art” Dental Klinika”

Özəl klinikalarda qanun pozuntuları aşkarlandı
Yenixeber.org: Yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib.
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən verilən məlumata görə, həmin dörd müəssisə ümumilikdə 99 min manat məbləğində cərimə olunub. Vergilər Nazirliyi tərəfindənBakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib. Bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri “Grand Hospital” tibb müəssisəsinin, 3 nəfəri digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.

Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilib. Qeyd oluunb ki, vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam