Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çernobıl əlilinin ailəsi çətin vəziyyətdə:Polis məsuliyyəti üzərindən atır – FOTO

Çernobıl əlilinin ailəsi çətin vəziyyətdə:

 

Üç ay öncə Çernobıl əlili olan atası Zahir Şükürovu itirən Rəşad bu ayın 9-da Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi” adlanan ərazidə, axşam saatlarında şəxsiyyəti hələ də müəyyən edilməyən sürücünün idarə etdiyi avtomobillə vurulub. Saat təxminən 19-19:30 radələrində işdən çıxıb yolun sağı ilə, avtomobillərin hərəkəti istiqamətində piyada zolağı ilə evinə doğru irəliləyən Rəşad Şükürovu vuran sürücü yaralını ağır vəziyyətdə hadisə yerində qoyaraq qaçıb. Hadisənin üzərindən 16 gün keçməsinə baxmayaraq cinayəti araşdıran Binəqədi Rayon Polis İdarəsi heç bir nəticə əldə etməyib

 

Yenixeber.org:  Rəşadın anası Aybəniz Şükürova Milli.Az-a bildirib ki, oğlu qəzaya düşən axşamı xəstəxananın qəbul şöbəsinə yaxınlaşaraq övladının əşyaları ilə maraqlanıb. Şöbədən ona “Polislər Rəşadın paltarlarını Məhkəmə Tibbi Ekspertizasına aparacaqlar” deyilib. 

Müstəntiq Ramil Mehdiyevin cinayəti araşdırmaqda maraqlı olmadığını bildirən Rəşadın anası övladının qəza zamanı əynində olan paltarlarının hələ də 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) anbarında saxlanıldığını bildirib. Qadına xəstəxandan oğlunun paltarını ona verə bilməyəcəklərini, bunun üçün müstəntiqdən (Ramil Mehdiyev) icazə kağızı gərəkdiyini deyiblər. Aybəniz Şükürova cinayət işini araşdıran Ramil Mehdiyevin qəzadan 16 gün keçməsinə baxmayaraq əməliyyat olunan Rəşadı Məhkəmə Tibbi Ekspertizaya aparmadığından da şikayətçidir. Ana deyir ki, müstəntiq yalnız bir dəfə, qəzanın səhəri günü xəstəxanaya gəlib Rəşadın ifadəsini alıb. Həmin zaman isə oğlu travmatik şok vəziyyətində olub. Rəşad nisbətən özünə gələndən, şüuru bərpa olandan sonra isə bir dəfə də olsun ifadəsi alınmayıb.

Rəşadın dayısı Nəbiyev Cəbrayıl və digər qohumlarının müstəntiqə zəngi zamanı Ramil Mehdiyevin “Rəşad indi haradadır?” deyə soruşması ailənin şübhəsini daha da artırıb. 3 gün öncə xəstəxanaya gedən müstəntiq Ramil Mehdiyev 2 həftədir sözügedən qəza ilə bağlı araşdırdığı dediyi cinayət işinin Abşeron Rayon Polis İdarəsinə verildiyini və gələn I gün işin sənədlərinin həmin polis idarəsinə çatacağını bildirərək xəstəxanadan gedib. 

Qeyd edək ki, Rəşad fəhləlik etməklə öz ailəsi ilə yanaşı, Çernobıl qəzasından əziyyət çəkən qardaşına da baxırdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam