Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu, qəfil ölümlərə səbəb olur"

 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda energetik içkilərin satışının məhdudlaşdırılması təklif edilib.

Yenieber.org-un məlumatına görə, bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, dünya kardioloqları energetik içkilərlə bağlı həyəcan təbili calır.

O qeyd edib ki, energetik içkilərin tərkibində olan yüksək dozalı kofein və digər maddələr insan sağlamlığı üçün çox təhlükəlidir:

“Azərbaycanda da energetik içkilər gənclər və uşaqlar arasında geniş yayılıb. Bu içkilər qəfil ürək tutmalarına, qəfil ölümlərə səbəb olur. Məhz bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr bu içkini qadağan ediblər, bir sıra ölkələr isə +18 kateqoriyasına daxil edib”.

Deputat təklif edib ki, Azərbaycanda energetik içkilərin satışını məhdudlaşdırmaq üçün aksiz vergiləri tətdiq olunsun, 18 yaşdan aşağı insanlara satılması qadağan olunsun, yalnız lisenziya ilə satılsın, reklamına qadağa qoyulsun, təhsil müəsssiələrinə yaxın ətrazilərdə satılması qadağan olun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam