Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkilindən təklif:"Siqaretin qiyməti artırılsın!"

Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilib.

Yenixeber.org:   Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub. 


Çıxış edən deputat Rüfət Quliyev filtrsiz siqaret istehsalının qadağan olunmasını təklif edib. O, bildirib ki, filtrsiz siqaretlər insan səhhəti üçün ziyanlıdır: “Belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə çox ziyandır”.

R.Quliyev, həmçinin tütünlə mübarizə məqsədilə siqaretin qiymətinin artırılmasını təklif edib.

Deputat Tahir Kərimli isə deyib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: “18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam