Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar kəndləri boşaltmağa məcbur olur

Azərbaycanlılar kəndləri boşaltmağa məcbur olur

 

İranda proqramsız iqtisadiyyat, yanlış əkinçilik siyasəti, ətraf mühiti mühafizə siyasətinin olmaması bulaq, çay, su kəmərləri və göllərin qurumasına səbəb olub.

Yenixeber.org: Bu sözləri Güney azərbaycanlı insan haqları fəalı Jalə Təbrizi sentyabrın 21-də BMT-nin insan haqları mövzusunda keçirilən iclasında Urmu gölü böhranı haqda danışarkən deyib. O, bir neçə hökumət rəsmisinin yaranan problemə laqeyd yanaşdığını qeyd edib.

“Son vaxtlarda İranda baş verən ən ciddi ətraf mühit problemi Urmu gölünün quruması ilə bağlıdır. Onun quruması bölgədə əkin ərazilərini duzlaşdırır, duz fırtınalarına və bir çox xəstəliyə səbəb olur. Əkinçiliyin məhv olması işsizlərin sayını dəhşətli dərəcədə artırıb. Əhali məcburiyyət qarşısında bölgədən köçür, artıq bir çox kənd tamamilə boşalıb. Urmu gölü tam quruyarsa, duz fırtınalarının istiqamətinə görə ən çox ziyan görən məntəqə Təbriz olacaq”.

J.Təbrizi sonda Urmu gölü və ətraf ərazilərdəki əkinçiliyi bu vəziyyətdən qurtarmaq üçün yeni əkinçilik və suvarma üsuluna keçməyi və bu şəkildə suya qənaət etməyi məsləhət görüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam