Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Urmiya gölünün 94 faizi quruyub

 

    Urmiya gölünün quruması 94 faizə çatıb, göldəki suyun həcmi isə 30 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb.

    "Xeberinfo.com": APA-nın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, 5200 kvadrat kilometrlik sahəsi ilə dünyanın ikinci böyük duz gölü olaraq tanınan Urmiya gölü hazırda böyük bir duz çölünə çevrilməkdədir.

Ətraf mühitin mühafizəsi təşkilatları yağış və qar sularının azalmasından başqa, gölə axan çaylar üzərində 45 bəndin tikilməsini Urmiya gölünün qurumasına əsas səbəblərdən biri kimi göstərirlər. Qeyd olunur ki, İran hökuməti tərəfindən Urmiya gölünün xilası ilə bağlı layihə hazırlanır. Artıq 90 milyon dollarlıq büdcə təsdiqlənib.

Bildirilir ki, İran prezidenti Həsən Ruhani seçkilərdən qabaq 100 gün ərzində Urmiya gölünün qurumasına son verəcəyini vəd etsə də, hələ də bu istiqamətdə ciddi addımlar müşahidə olunmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam