Cəlilabadlıların baş həkim problemi
İlham Əliyev əli çürüyən hərbçinin müalicəsini həyata keçirmək yerinə, «onun problemi mənlik deyil» deyir
Xeberinfo.com: Cəlilabad camaatının baş həkim sarıdan bəxti gətirməyib. Bir müddətdir rayonun Mərkəzi Xəstəxanasına rəhbərlik edən İlham Əliyevin əməllərindən isə canları boğazlarına yığılıb. Çünki baş həkim nə xəstələrə baxır, nə də onlar üçün hər hansı bir şərait yaradır.
Politika.Az xəbər verir ki, İlham Əliyev o qədər özbaşınalıqla məşğuldur ki, edilən şikayətlərə də əhəmiyyət vermir. Və deyir ki, ona kimsə heç nə edə bilməz.
Qeyd edək ki, Cəlilabad Mərkəzi Xəstəxanasında xəstələrə pulsuz baxılması qadağandır. Vətəndaş ölsə belə, pulu yoxdursa xəstəxananın həyətinə belə buraxmırlar. Məsələn, hərbi xidmət zamanı aldığı xəsarətdən dolayı əli çürəyən, Alar kənd sakini Hikmət Salayev dəfələrlə rayon xəstəxanasına müraciət etsə də, heç bir faydası olmayıb. İmkansız olduğundan dolayı ona kimsə baxmır. Baş həkimə bununla bağlı müraciət etdikdə isə vurğulayıb ki, məsələ onluq deyil. «Mən nə edim? Hikmətin problemi mənlik deyil…»
Belə baş həkimdən bezar olan cəlilabadlılar isə deyirlər ki, onlar dərdlərini deməyə yer tapa bilmirlər. Etdikləri şikayətlərə isə baxan yoxdur. Onların sözlərinə görə, İlham Əliyev ümumiyyətlə, həkim olaraq da bacarıqlı biri deyil. Hətta bir çoxları onun tibb təhsili aldığına şübhə edirlər. Çünki həkim olaraq onun əliylə kimsənin sağaldığını gördüm deyən yoxdur.
Məlumata görə, rayonda Təcili Tibbi Yardım xidmətinin bərbad halda olması isə deyiləs dərd deyil. Halbuki rayon Mərkəzi Xəstəxanasının balansında olan maşınlar üçün hər il on minlərlə manat vəsait ayrılır. Yanacaq və ya ehtiyat hissələrinin pulu şəklində. Amman ə maşınlar saz vəziyyətdədir, nə də onlar üçün ayrılmış pullar təyinatı üzrə xərclənmir.
Məlumatlarda vurğulanır ki, İlham Əliyevin tək hədəfi daha çox qazanaraq, özünün biznes imkanlarını genişləndirməkdir. Bu məqsədlə onun bir sıra addımlar atdığı, dükan açdığı, Bakıda özünə obyekt aldığı deyilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.