Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Hesablama Palatası Ramiz Həsənovu “vurdu”: ÖZƏL

 

Komitə sədrinin ciddi narahatçılıq keçirdiyi bildirilir

 

Xeberinfo.com:    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çətin durumdadır. Artıq siyasi hakimiyyətdəki “dostları”nın komitə sədrinə hücumları nəticəsini verməkdədir. Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə Ramiz Həsənovun narahatçılığına son səbəb Hesablama Palatasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri ilə bağlı açıqlamadır. Auditin nəticəsi yumşaq desək cənab Həsənov üçün ürəkaçan olmayıb.

 Belə ki, audit nəticəsində Komitə və onun tabeliyində olan qurumlar tərəfindən büdcə təkliflərində zəruri amillərin nəzərə alınmadığı, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsaitlərin nəzərdə tutulduğu,  nəticədə auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 7,7%-i istifadə olunmayaraq büdcəyə qaytarıldığı, əmək haqqı, mükafat və məzuniyyət haqqının ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiq edilmiş normalardan artıq vəsait xərc edildiyi, bəzi hallarda vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməklə icra olunduğu, ezamiyyə və avtomobil vasitələrinin saxlanılması ilə bağlı normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hədlərə riayət edilmədiyi müəyyən olunmuşdur.

 

Eyni zamanda, Komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilmədiyi məlum olmuşdur.

Göründüyü kimi, konkret rəqəmlər açıqlanmasa da, sadalanan faktları kifayət qədər ciddi hesab etmək olar. Xeberinfo.com-a daxil olan son məlumata görə komitə sədri ciddi cəhdlə yuxarılara sadalanan faktların həqiqət olmadığını, sadəcə şəxsinə qarşı kampaniyanın bir detalı olduğunu isbatlamağa çalışır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

Əbdül


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam