Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saleh Məmmədov “imtahandan kəsildi”: yollar qara tabe oldu: ÖZƏL


 

“Azəryolservis”in yeni “şef”i ilk sınaqdan uğursuz çıxdı, yuxarıların qəzəbinə tuş gəldi

 

Xeberinfo.com:  Qar yağanda ölkə yollarının iflic olması, həyatın donması təəccüb doğurmayacaq dərəcədə normaya çevrilib. Azərbaycan insanı bunun əksini nə görməyib, nə də görmə ehtimalı belə yoxdu...

 Budəfəki qar isə kimin üçün olmasa da, “Azəryolservis” ASC-nin yeni sədri Saleh Məmmədov üçün əsl sınaq oldu. Dövlət başçısının məlum sərəncamı ilə Nəqliyyat Nazirliyindən ayrılıb, müstəqil quruma çevrilən “Azəryolservis” imkan və iş qabiliyyətini göstərməli idi. Amma,... olmadı. Həmişə olduğu kimi, bu dəfə də “Azəryolservis” görməli olduğu işi görə bilmədi. Xüsusi ilə də ölkənin şimal, şimal-qərb və qərb bölgəsində yollar iflic oldu, nəqliyyatın hərəkəti tamamilə dayandı. Təsəvvür edin ki, “Azəryolservis”in məsul şəxsi etiraf edir ki, “Xınalıq yolunun açılmasına ən azı üç gün lazımdır”.

Maraqlıdır ki, qurum rəhbərliyi iddia edir ki, lazımı texnika və duz ehtiyatı kifayət qədərdir. Bəs elə isə onda nə çatışmır...

Məlum durumla bağlı Saleh Məmmədovun yuxarıların qəzəbinə tuş gəldiyi və dərin sarsıntı keçirdiyi bildirilir. Bu istiqamətdə xeberinfo.com-a özəl mənbədən məlumat daxil olub. Elə hakimiyyət yönümlü TV-lərdə “Azəryolservis”in fəaliyyətsizlikdə tənqid olunması da təsadüf deyil. Hətta Saleh Məmmədova nöqsanları aradan qaldırmaq üçün qısa vaxt verildiyi də bildirilir. Yaxın günlərdə “Azəryolservis”də kadr dəyişikliyinə başlanılacağı gözlənilir. Bu sırada isə bəzi rayon yol istismar idarələrinin rəisiləri yer alacaq. Kadr dəyişikliyi ilə bu qurumda problemlər həllini tapacaqmı? Yaşayıb, görərik.

 

Vidadi  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam