Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

AZAL-ın “VİP” xidmətləri naşükürlər əlində -DE-FAKTO

https://azertag.az/files/galleryphoto/2012/1/1200x630/140793107263248399_1200x630.JPG

Yenixeber.org: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) xərçəng xəstəliyi kimi kök salmış problemlər, mühüm vəzifələri zəbt etmiş bəzi destruktiv ünsürlər hələ də qalmaqda, olsa-olsa, korrupsiya estafetini öz bioloji varislərinə, yaxın-uzaq qohumlarına ötürməkdədirlər. AZAL-ın sabiq rəhbərliyinin ünvanına tuşlanan tənqidlərin də çoxunun elə əsas səbəbkarları onlar idi.
2011-ci ildə yaranmaqla dərhal inhisarçıya çevrilən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin 20 ildən artıq rəhbəri olmuş İlham Sabir oğlu Şükürov iki onillik ərzində şirkətin pullarını xaricə transfer edib. Təkcə korrupsiya və maxinasiyalardan qazanmayıb, həm də Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal-1 və Biznes Aviasiya terminalında, eləcə də «Bakı» və «Azərbaycan» VİP zallarında saat və zərgərlik məmulatları təklif edən çoxsaylı satış məntəqələri olub. Topladığı haram kapitalla dünyanın ən zəngin şəhəri olan Dubayda mənzil alqı-satqısı, villaların kirayəyə verilməsi üzrə biznes qurub. Ölkədən Almaniyaya müalicə almaq adı ilə çıxıb, hazırda Avropanın ən komfortlu kurort guşəsi olan Karlovı Varı şəhərində dincəlir.
Hələ 10 il əvvəl İlham Şükürov şirkətdə öz millətimizdən olan cavan və təcrübəli qızları işdən uzaqlaşdıraraq onların yerinə Rusiyadan, Ukraynadan qızlar dəvət edəndə və özümüzünkülərdən 5 dəfə artıq əməkhaqqı verəndə heç də əsassız olmayan söz gəzirdi ki, həmin “importnı” qızlar həm də başqa təyinatla istismar olunurlar (Necə ki, katibələr müdirlərə həm də çay dəmləyirlər). İlham Şükürovun AZAL-I nümayəndə kimi təmsil etdiyi Türkiyədən Dubaya necə qaçması və başqa macəraları barədə tənqidi məqalələr dərc edən kütləvi informasiya vasitələri o vaxt ortaya belə suallar qoyurdular: – Birincisi, əcnəbi qızlar görəsən İlham Şükürova hansı xidməti göstərir ki, Azərbaycan vətəndaşı olan xanımlar o qulluğu göstərə bilmir?; – İkincisi, bütün normal ölkələrdə üstünlük yerli vətəndaşlara verildiyi halda, İlham Şükürovun əcnəbi qızlara olan sevgisinin, məhəbbətinin, qayğısının kökündə nə dayanır?; – Üçüncüsü, əcnəbi-miqarantların işə götürülməsi üçün qanuna görə hər bir müəssisə dövlət büdcəsinə xeyli miqdarda pul ödəyir. Görəsən, bu boyda pulun xərclənməsində İlham Şükürovun marağı nədir?
Bu suallara cavab tapılmamış İlham Şükürov oğlu Sabir Şükürovu öz yerinə baş direktor təyin etdirməklə yeni suallar yaratdı. İndi ata Şükürovun əyri yolunu, naşükürlər dinastiyasını oğul Şükürov davam etdirir. Hərçənd, oğul Şükürovun da özünəməxsus zərərli vərdişləri var. Sabir Şükürovun qumara qarşı çox həssas olduğu, həm də uduzmağa meylli olduğu bildirilir. İşçilərin əməyini stimullaşdırmır, sosial rifahı ilə qayğılanmır – nə əmək haqqlarını qaldırır, nə də maddi köməklik göstərir. Əksinə, Sabir Şükürov özünün aviasiya haqqında zərrə qədər savadı olmadığı halda özündən qat-qat savadlı işçiləri işdən çıxarır, təcrübəli mütəxəssislərdə “nöqsanlar tutur”. İşi-gücü ancaq elə kabinetinde oturub internet üzərindən əyləncəli mərc oyunları ilə məşğuldur. Bu isə yaxşı heç nə vəd etmir. İşin idarəçiliyini də buraxıb müavini Emin Semyonoviçin üzərinə. Emil Semyonovic özü də heç sağlam adam deyil. Vəzifə öhdəliyini vicdanla daşıdığını demək olmaz. Belə ki “VIP Aviasiya Xidmətləri” şirkətində Sabir Sukurov Emil Semyonoviç ilə əlbir olaraq əllərində olan səlahiyyətlərdən öz mənfəətləri üçün istifadə edərək İlham Şükürovun pullarını xarici ölkələrə daşıyıblar. İlham Şükürovun adından istifadə edərək hava limanları ərazisində istədikləri qiymətə yeni, dəyərindən qat – qat baha restoran və obyektləri arendaya verib pullarını ciblərinə qoyublar. Bundan başqa, hava limanının giriş qapısı sayılan turniket sistemini mənimsəyərək, dövriyyəsi yüz minlərlə manatla ölçülən həmin xidməti qanunsuz öz “VIP aviasiya” balansına salaraq hava limanına avtomobil ilə daxil olan adamlardan giriş üçün alınan pullarıda öz ciblərinə yığıblar. İlham Şükürovun icazəsi olmadan hava limanında bircə kv/metr ərazi belə icarəyə verilə bilməz. Gizlində qalan heç kim tərəfindən adı hallanmayan, özünü hər zaman kölgədə saxlayan Şükürov hava limanını və gəlirini tam yeyib-dağıdib. Bundan əlavə, “VİP Aviasiya Xidmətləri” şirkətinin şefi Şükürov öz şəxsi təyyarəsi ilə səyahətlərinden də qalmır. Bunca ölçüyəgəlməz sərvət haradandı? – Şükürovlar dinastiyasından gəlir deklorasiyası tələb edən yoxdur.(aktualxeber.az)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam