Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

“Qaya Nəqliyyat” MMC-də işlər "Qayaya dirənib" -PREZİDENTƏ MÜRACİƏT

Yenixeber.org: Redaksiyamıza Ucar rayonu Lək kənd sakini Qənbərov Ramazan Davud oğlunun müraciəti daxil olub. Müəllif müraciətində "Qaya Nəqliyyat" MMC-nin rəhbərliyindən narazılıq edir... Biz səslənən iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik, təəssüf bu istiqamətdəki cəhdlərimiz nəticəsiz qaldı.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
"Qaya Nəqliyyat" MMC -nin rəhbəri Şöhrət Tağıyev məni aldadıb işlədib, pulumu vermək istəmir. Mən 07.02.2023-cü il tarixdə “Qaya Nəqliyyat” MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişəm. İri tonaşlı yük maşını idarə etmişəm. Verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişəm. Ancaq “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev işçilərin əməyin istismar edir, onlara verilən aylıq əməkhaqqını müxtəlif bəhanələrlə kəsir, hüquqların pozur. Buna görə bu şirkətdə tez-tez işçilər dəyişir.
Mən yük avtomobili ilə Azərbaycanın bütün bölgələrinə yük daşımışam. Baş vermiş avtomobil qəzası nəticəsində mənim idarə etdiyim maşın əzildi. Qəzaya səbəb qarşı tərəf olduğu üçün sığorta ödənildi. “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev bunu bəhanə edərək, məni avqust ayının əvvəli qanunsuz olaraq işdən çıxartdı. Ancaq işlədiyim son ayın əmək haqqısı olan 1260 manatı mənə ödəmək istəmir. Hansı ki, mən dəfələrlə ona zəng edib, pulumu ödəməsini xahiş etmişəm. Hər dəfə mənimlə kobud danışıb, hədələyir.
“Qaya Nəqliyyat” MMC-də avtomobillərə yanacağı idarədə özləri vuranda kəsirlər, sürücüləri müxtəlif bəhanələrlə cərimə edib, maaşlarından kəsirlər.
“Qaya Nəqliyyat” MMC-də işçilərin hüquqları kobud şəkildə pozulur deyə, orada işçilər çox işləmirlər: ya özləri işdən çıxır ya da, rəhbərlik müxtəlif bəhanələrlə işdən çıxarıb, əməkhaqqısını kəsir.
Mən bu barədə əmək müfəttişliyinə də şikayət etmişəm.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyevdən xahiş edirəm, işçilərin hüquqlarını pozan, mənim 1260 manat əmək haqqımı verməyən “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyevin barəsində qanunu tədbirlər görəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam