Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın sanksiyalardan yayınmaq çabaları artır:“Kölgə donanma” nə qədər işləyəcək?

Hökumət müharibə xərclərini iri şirkətlərin boynuna yükləməyə çalışır

Rusiya Qərbin sanksiyalarının ağır təsirini yüngülləşdirmək, onlardan yayınmaq üçün müxtəlif yollara əl atır. Ötən il əsas diqqət hərbi sənaye kompleksinin istehsalını təmin edəcək detalların ikili idxalı sxeminin genişləndirilməsinə yönəldilmişdisə, bu il neft və neft məhsullarının satışını azaltmamağa yönəlib.

Yenixeber.org: Xatırladaq ki, 2022-ci il dekabrın 5-dən Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neftinin alışına qadağası, həmçinin bu məhsula qiymətm tavanı qüvvəyə minib. Bu il fevralın 5-dən isə neft məhsullarının alışına qadağa və qiymət tavanı qərarı işə düşüb. Ötən ilin iyulundan elan olunan bu sanksiya qərarlarına Rusiya ciddi hazırlaşıb desək, yanılmarıq. Belə ki, Rusiya sanksiyalara qoşulan dövlətlərin tanker donanmasından istifadə edə bilməyəcəyini nəzərə alaraq, ötən ildən çoxsaylı tankerlər alıb. Dekabr ayında Qərb mətbuatında Moskvanın çoxsaylı tanker alışlarına dair məlumatlar yer alıb.

Home - Braemar

Dəniz nəqliyyatı sahəsində nüfuzlu “Braemar” broker firması neft nəql etmək üçün əsasən xarici tankerlərə güvənən Rusiyanın 100-dən çox köhnə tankerdən ibarət donanma qurduğunu bəyan edib. Enerji konsaltinq şirkəti “Rystad” isə Rusiyanın 2022-ci ildə neft nəqli zəncirinin təmini üçün İran və Venesueladan 103 tanker aldığını bildirib.

Bu tankerlərin əksəriyyətinin 12-15 yaşı olduğu, yaxın bir neçə ildə istismardan çıxarılacağının gözlənildiyi bildirilir. Sanksiyaların həmin vaxta qədər qaldırılacağını gözləyən Rusiya onları ucuz qiymətə alıb ki, qısamüddətli dövrdə sanksiyalardan yayına bilsin.

Gələn xəbərlərə görə, 2022-ci ildə Rusiya ilə əlaqəli operatorlar VLCC (Very Large Crude Carrier) kimi tanınan 29-a qədər supertanker alıblar. Bunlar hər biri 2 milyon bareldən çox yük daşıya bilən iri xam neft tankerləridir.

Rusiyanın həmçinin hər biri təxminən 1 milyon barel daşıya bilən “Suezmax” ölçülü 31 tanker və hər biri təxminən 700 000 barel daşıya bilən 49 “Aframax” tankerini öz donanmasına əlavə etdiyi bildirilir.

"Bloomberg" agentliyinin yaydığı məlumata görə, artıq Rusiya öz “kölgə donanması”nı işə salıb: dəniz və okeanlarda öz hərəkət istiqamətlərini, daşıdıqları malı gizlətməyə çalışan yüzlərlə tanker peyda olub. "Kpler" analitik şirkətinin hesablamalarına əsasən, bu ərəfədə yüksüz və təyinat nöqtəsiz 311 tanker qeydə alıb. Halbuki əvvəllər ilin bu vaxtı belə tankerlərin sayı 15-ə çatmırdı. Rusiyaya istiqamətlənən “qanuni” gəmilərin sayı isə minimum - 33-ə qədər azalıb: “Bu dəyişiklik bir sıra şirkətlərin Rusiyanın neft və neft məhsullarını daşımaq üçün "kölgə donanması" qurduqlarından xəbər verir".

Agentlik bildirir ki, fevralın 5-dək hər gün Rusiyadan Avropaya 400 min barel dizel yanacağı daşınırdı. İndi daşıyıcı şirkətlər, treyderlər bu daşımadan əldə olunan qazancdan tam məhrum olmamaq üçün Rusiya yanacağını sanksiyalardan yayındırmaqla başqa bazarlara çatdırmağa çalışa bilərlər: “Çoxsaylı təyinatsız gəmilərin peyda olması donanma sahiblərinin əlverişli bazar axtarışı cəhdlərini göstərə bilər”.

The Bloomberg Terminal, a Wall Street Fixture, Faces Upstarts - The New  York Times

"Bloomberg"in yazdığına görə, Avropa İttifaqının sanksiyaları qüvvəyə mindikdən sonra çoxsaylı tankerlərin qeydiyyatdan çıxarılması qlobal neft daşımalarını bahalaşdırıb: sığortalı tankerlərin sayı kəskin azaldığına görə.

Hazırda Rusiyanın neft və neft məhsullarını daşımaq üçün formalaşan kölgə donanmanın nə qədər tankerdən ibarət olduğunu dəqiqmüəyyənləşdirmək çətindir. Trafigura əmtəə şirkətinin qiymətləndirmələrinə əsasən belə tankerlərin sayı 600-dək ola bilər. Onların 400-ü xam neft daşıyır, qalanı neft məhsulları. Lakin bəzi donanma sahibləri rəqəmlərin daha az olduğunu - dünya tanker donanmasının 10-12 faizi qədər təşkil etdiyini bildiriblər.

Tanker donanması şirkətləri bu prosesdən hərtərəfli qazanırlar: Rusiyadan riskli daşımalar üçün 2-3 qat artıq xidmət haqqı alırlar. Eyni zamanda tankerlərin azlığı onlara digər hasilatçıların məhsulunu daha baha qiymətə daşımaq imkanı qazandırır.

Tanker alqı-satqılarını izləyən və qeydə alan VesselsValue şirkətinin məlumatına əsasən Rusiya özü üçün “kölgə donanması”nın yaradılmasına 2,3 milyard dollara yaxın vəsait xərcləyib.

Həm Avropa İttifaqı, həm də ABŞ Rusiyanın sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmağa diqqəti qat-qat artırıblar. Avropa İttifaqının 10-cu sanksiya paketində əsas yer məhz yayınmalara, buna yardım edənlərə qarşı məhdudiyyətlər tutduğu açıqlanıb. Eyni zamanda ABŞ-ın bu günlərdə açıqlanması gözlənilən yeni sanksiya qərarında da Rusiyaya ikili məqsədli, hərbi sənayedə istifadə imkanı olan məhsulları çatdıran çoxsaylı şirkətlərin adlarının olacağı gözlənilir.

“Kommersant” qəzetinin yazdığına görə, Qərb embarqolarının real təsirləri hələlik Rusiyanın neft məhsulları istehsalını azaltmayıb. Əksinə, fevral ayında istehsal həcmi 1 faiz artaraq gündəlik 787 min tona çatıb.  Qəzet bildirir ki, bu artım dövlətin tətbiq etdiyi dempferin şirkətlərə xeyli qazanc gətirməsi ilə bağlıdır. Aprel ayında yeni dempfer həcmləri qüvvəyə minəcək və artıq ona qədər neft məhsulları istehsalı azalacaq. Ötən il Rusiya neft şirkətləri neft məhsullarına tətbiq olunan dempferdən 2,2 trilyon rubl gəlir əldə ediblər.

Qəzetin yazdığına görə, neft məhsulları istehsalındakı artım apreldən də tez azalma ilə əvəz oluna bilər. Qərbin qadağaları Rusiya nefti kimi, neft məhsullarını da kəskin endirimli satışa keçirəcək. Sanksiyalara riayət olunması istiqamətində nəzarətin gücləndirilməsi isə hətta aşağı qiymətlə belə satış həcmlərinin kəskin azalmasına gətirib çıxara bilər - xam neftlə bağlı bu proses artıq qeydə alınıb. 2022-ci ilin yanvar ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin orta qiyməti 49,48 dollar təşkil edib. Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,7 dəfə azalma deməkdir - keçən ilin yanvarında orta qiymət 85,64 dollar olmuşdu.

Rusiya hətta ucuz qiymətə də olsa, neftini satmaqla bağlı ciddi çətinliklərlə üzləşib. Artıq rəsmən mart ayından eitbarən gündəlik neft hasilatının 5 faiz - təxminən 500 min barel azaldılacağı elan edilib. Lakin ekspertlər azalmanın daha çox olacağını gözləyirlər.

Maliyyə Nazirliyi 10 təşkilatda mənimsəmə aşkarladı

Bütün bunlara rəğmən, aprel ayından Rusiya hökuməti neft şirkətlərinin vergi yükünü xeyli artıracaq. Maliyyə Nazirliyinin hesablamalarına əsasən, bu artım neft şirkətlərinə 660 milyard rubla başa gələcək.

Qeyd edək ki, Rusiya dövlət büdcəsi neftin 70 dollarlıq orta qiymətinə əsasən hesablanıb. Artıq yanvar ayında dövlət büdcəsində 1,76 trilyon rubl və ya 25 milyard dollarlıq kəsir yaranıb. Büdcə qanunvericiliyində cari ildə büdcə kəsirinin 2,93 trilyon rubl olacağı əksini tapıb. Lakin neftin büdcə qiymətindən iki dəfəyə yaxın ucuz satılması bu kəsirin kəskin artmasını şərtləndirəcək.

Buna görə də Moskva gözünü digər sektorlardakı iri şirkətlərə dikib. Maliyyə naziri Anton Siluanovun “Rossiya 24" telekanalına verdiyi məlumata görə, qeyri neft-qaz sektorundakı iri şirkətlər 2021-2022-ci illərdə əlverişli qiymət şəraitində əldə etdikləri yüksək gəlirin bir hissəsini vergi şəklində bu il dövlətə verəcəklər.

Xatırladaq ki, Rusiya hakimiyyəti artan müharibə xərclərini qarşılamaq üçün ötən ilin dekabrından almaz, kömür, metallurgiya və sair sahələrdə çalışan böyük şirkətlərdən birdəfəlik “könüllü” ödəniş almaq qərarına gəlmişdi. Bu ödənişin şirkətlərin 2022-ci ildə əldə etdikləri xalis mənfəətin 50 faizi həcmində olacağı planlaşdırılırdı.

Fevral ayında açıqlanan məlumatdan aydın oldu ki, şirkətlər birbaşa ödəniş etmək istəmirlər. Əvəzində onlar gəlir vergisinin 0,5 faiz artırılmasını təklif edirlər. Bir neçə ay hökumətlə davam edən müzakirələrdən sonra tərəflər 2021-2022-ci illərdə əldə olunan xalis mənfəətdən əlavə verginin ödənməsi barədə razılığa gəliblər.  Bunun üçünsə qanunvericiliyə dəyişiklik ediləcək.

Siluanovun dediyinə görə, Maliyyə Nazirliyi  bu yolla büdcəyə 300 milyard rubla qədər əlavə vəsaitin daxil olmasını gözləyir.

Rusiya Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin birinci yarısında iri şirkətlər 16,6 trilyon rubl xalis mənfəət əldə ediblər ki, bu da 2021-ci ilin eyni dövründəkindən 32 faiz çoxdur. Lakin ilin ikinci yarısında gəlirlər kəskin azalıb, nəticədə 9 ayda əldə olunan 20,2 trilyon rublluq mənfəət 2021-ci ilin eyni dövründən 2,7 faiz az olub.

2021-ci ilin yekununda isə iri şirkətlərin xalis mənfəəti 2020-ci illə müqayisədə 2,6 dəfə artaraq 29,65 trilyon rubl təşkil etmişdi.

Beləliklə, aydın görünür ki, Rusiya Ukraynadakı işğalçı müharibənin maliyyə yükünü qarşılamaq imkanlarını getdikcə daha sürətlə itirir. Sanksiyalardan yayınmaq üçün atılan addımlar qısamüddətli effekt versə də, Qərb tərəfindən qarşısı alınır. Bu isə Moskvanı Ukraynada müharibəni maksimum tez başa çatdırmağa vadar edən əsas amilə çevrilir...(musavat)

Dünya SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam