Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Yol Xətt» MMC yollardan milyonları belə qazanır – Bu tenderləri udur –SİYAHI

Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

Yenixeber.org: Bu – «Yol Xətt» MMC-dir (VÖEN: 1700233481).

Sözügedən şirkət 2019-cu ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 16 milyon 87 min 993 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 5 tenderlə əldə edib – bir tenderin orta qiyməti 3.2 milyon manatdır.

«Yol Xətt» MMC-nin əsas «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Şirkət 5 tenderdən 4-nü bu qurumdan udub – 16 milyon 62 min 187 manat. Bu isə ümumi tenderlərin 99 faizi deməkdir.

Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları, dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir.

Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, 200 manat kapitalı var. Hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi Zaur Həsənov, Mail oğludur.(Fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam