Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Laçındakı ermənilər Azərbaycanın bu kəndlərinə köçürülür -FOTO

 

Laçın dəhlizinin yeni marşrutunun istifadə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndindən çıxarılacaq ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürülməsi planlaşdırılır.
Yenixeber.org: Qarabağdakı separatçı-terrorçu rejim erməni əhalisini Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə yerləşdirmək haqda düşünür. Bu kəndlər Laçın dəhlizinin yeni marşrutunun üzərində yerləşir.

“İravunk” qəzeti yazır ki, hazırda Zabuxdakı ermənilərin bu ərazilərə köçürülməsi müzakirə edilir: “Böyük Qaladərəsində müharibədən əvvəl 187 nəfər erməni yaşayırdı, hazırda onlardan yalnız 80 nəfəri daimi yaşayır, ümumilikdə 26 təsərrüfat var. Kənddə təxminən 30-40 boş mənzil var və Zabuxdan gələnlər bura yerləşə bilərlər”.

Qəzet qeyd edir ki, Böyük və Kiçik Qaladərəsi kəndlərinin əsas problemi müharibədən sonra otlaq və əkin sahələrinin böyük hissəsindən məhrum olmalarıdır: “Yaxınlıqdakı təpədə Azərbaycan əsgərləri dayanır və bu, kənddə yaşamaq şərtlərini çətinləşdirir”.



Şuşanın Böyük Qaladərəsi kəndi

Bu informasiya Zabuxdakı ermənilərin yenidən Azərbaycan ərazisinə köçürülməsi planını təsdiq etdiyi kimi, köçürüləcəkləri ərazilərdə də şəraitin heç də müsbət olmadığını da göstərir. Qarabağdakı ermənilər üçün yeganə yol Azərbaycan vətəndaşlığı altında rahat yaşamaqdır, bunun alternativi ən yaxşı halda hazırda yaşadıqları vəziyyətdir, hərçənd, zaman keçdikcə şərait daha da çətinləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam