Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qax Suvarma Sistemləri İdarəsi 60 min vergi borcu olan MMC ilə müqavilə bağlayıb-DE-FAKTO

Yenixeber.org: Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovu bu günə qədər hamı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin ən yaxın adamlarından biri olduğu heç kimə sirr deyil.Onların yaxınlıqları barədə dövrü mətbuatda da kifayət qədər yazılıb. Soltan Camalovun yarıtmaz fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı barədə də məlumatlar da kifayət qədərdir.

Qax rayon Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin də idarə müdiri tərəfindən müxtəlif yollarla mənimsənildiyi iddia edilir. İdarənin müxtəlif xidmətlərin və işlərin satınalmasına ayrılan vəsaitlərin təyinatından kənarlaşdırılması barədə bir müddət öncə geniş məlumat vermişdik. Soltan Camalovun satınalmaları saxtalaşdırmağa rəvac verməsi barədə ən son məlumt isə dünən məlum olub.

Belə ki, Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üzrə keçirilmiş tenderdə 137544.34 manat məbləğində satınalma müqaviləsi 31.05.2021-ci il tarixdə “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.12.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV, ev 2 A, MƏHƏLLƏ 568, m. 46, qanuni təmsilçisi kimi isə Rzayev Səfər Məmməd oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında MMC-nin 61538.31 manat borcu olduğu göstərilir.  “Dövlət satınalamları haqqında” Qanunda isə vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.

Görsənən odur ki,İdarənin rəisi Soltan Camalov hələ də köhnə şakərindən əl çəkmək istəmir. O, ya göhnə dostu Əhməd Əhmədzadənin artıq”Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri olmadığını unudub,ya da yeni təyin olunmuş sədr Zaur Mikayılovla da dil tapıb.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam