Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … -FOTOFAKT

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Yenixeber.org: 20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin  beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib. Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən “Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.
Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.
Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə “Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət “Magus” MMC-ni təsis ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam