Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mətbuat Şurasından min İP tələbi

 

“Mətbuat Şurasına üzvlük qaydaları ilə bağlı İdarə Heyətində müzakirələr keçirildi. Sənəd əsas kimi qəbul edildi. Sadəcə, orada bəzi əlavə və dəyişikliklərin aparılmasının vacibliyi də vurğulandı və hazırda mövcud istiqamətdə iş aparılmaqdadır”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Report-a müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bildirib ki, şuraya üzv olmağın əsas tələbi Azərbaycanda hüquqi şəxs və vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçmək, azı 2 il fəaliyyət göstərmək və əməkdaşlarının sayı 3 nəfərdən az olmamaqdır: “Eyni zamanda, üzvlük üçün müraciət edən media qurumu barədə son 1 il müddətində Şuraya haqlı şikayət məktubu da ünvanlanmamalıdır. Məhdudiyyətlərə gəlincə, peşə prinsiplərinin pozulmasına dair barələrində Şuranın qərarı olan media qurumları həmin qərarın qəbul edildiyi gündən sonrakı 1 ildən tez üzvlük üçün müraciət edə bilməzlər. Həmçinin, adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş “qara siyahı”sında yer alan media qurumlarının müraciətinə də baxılmayacaq. Fəaliyyət mütəmadiliyi davamlı şəkildə pozulan media qurumlarının üzvlüyünə yol verilməyəcək. Məsələn, deyək ki, hansısa qəzet həftəlik nəşr olaraq qeydiyyatdan keçibsə, ancaq aylarla fəaliyyət göstərmirsə, Şuraya üzv ola bilməz. Əslində, buna qədər də qeyd etdiyimiz məhdudiyyətlər tətbiq edilirdi. Sadəcə, indi məsələ bir qədər də təkmilləşdirilib. Konkret olaraq göstərilib ki, tirajı 1000-dən aşağı olan qəzetlərin, 500-dən aşağı olan jurnalların Şuraya üzvlüyü yolverilməzdir.

Qeyd edim ki, son zamanlar Mətbuat Şurasına üzv olmaq istəyən internet media vasitələrinin sayı artıb. Qaydalardakı məhdudiyyətlərin önəmli qismi məhz onlarla bağlıdır. Materiallarının beynəlxalq sayğac sistemlərinə əsasən bir günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri və onlayn informasiya portalları üzvlük üçün müraciət edə bilməzlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam