Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu yol Putinə Azərbaycana girmək imkanı verir”

 

Gürcüstanın eks-prezidenti, hazırda ölkəsi tərəfindən axtarılan Mixail Saakaşvili “New Eastern Europe” portalına müsahibəsində yenidən hakimiyyətə qayıtmaq planlarından və Rusiya prezidenti Vladimir Putinin Azərbaycana qoşun yeritmək üçün tələsik yol çəkdirməsindən danışıb.

"Xeberinfo.com":   Saakaşvilinin müsahibəsindən fraqmentləri təqdim edirik:

- Gürcüstanda son vaxtlar elə hadisələr baş verdi ki, siz artıq ölkənizə qayıda bilmirsiniz və ittihamlarla üzləşmisiniz. Sizin 2015-ci ilə dair planlarınız nədir? Yaxın vaxtlarda Gürcüstana qayıtmağı planlaşdırırsınızmı?

-Mənim son həftələr ərzində qəbul etdiyim bəzi qərarlar olub. Ukrayna prezidenti Pyotr Poroşenko mənə baş nazirin müavini postu təklif etmişdi. Bu postu tutmaq təklifi mənə çox cəlbedici görünürdü. Ancaq mən xeyli fikirləşdim və imtina etməyi qərara aldım. Bir tərəfdən, mən həqiqətən Ukraynaya kömək etmək istəyirəm və bacardığım qədər bunu edirəm. Digər tərəfdən, mən Gürcüstan vətəndaşlığımdan imtina edə bilmərəm, çünki Gürcüstanın özünün də köməyə ehtiyacı var. Mən tez-tez Ukraynada oluram və öz təcrübəmi ukraynalı məmurlarla bölüşürəm. Ancaq Gürcüstan siyasətində də fəal iştirak edirəm. Mən ən yaxşı təşkil olunmuş müxalifət partiyasının lideriyəm və partiyamın növbəti seçkiləri udmaq şansı var. Barəmdə qaldırılan cinayət işinə görə Gürcüstana gedə bilməsəm də onlara kömək edirəm.

-Sizin Vahid Milli Hərəkat Partiyanızın seçkilərdə qalib gəlməsi o demək olacaq ki, vətənə qayıda bilərsiniz?

-Hazırda Bdzina İvanişvili gücünü itirir və onun mənim Gürcüstana qayıtmağımı əngəlləmək imkanı olmayacaq. Əminəm ki, hələ seçkilərdən əvvəl Gürcüstana qayıda bilərəm. İvanişvili hesab edir ki, o, ömrünün axırına qədər hakimiyyətdə olacaq və ölkə ona məxsusdur. Ancaq vaxtı gələndə o, hakimiyyəti təhvil verməli olacaq.

-Necə oldu ki, İvanişvili gürcü siyasətində peyda oldu? Onun əhvalatı bəzi mənalarda Rusiyada bizneslə məşğul olan və uğurla seçkilərə qatılan, ancaq məhkəmə tərəfindən seçkilərdən kənarlaşdırılan Moldova biznesmeni Renato Usattıyın əhvalatına oxşayır…

-Məhz elədir. Ussatıy “Rusiya Dəmir Yolları” ilə bağlıdır. İvanişvili isə “Qazprom”la. O, həmin şirkətin ən iri özəl səhmdarlarından biridir. Beləliklə, onun Rusiyada biznesi var, təlimatları Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən alır. Dünyadakı mənzərə də elə belədir.

-Əgər bu gün Putinlə danışmaq imkanınız olsaydı, ona nə deyərdiniz?

-Situasiya çox tez dəyişir. Mən fikirləşirəm ki, Putin yenə də bir sıra hərbi macəralara gedəcək. O, indi Mariupola yeni hücum hazırlayır, çalışır ki, Melitopol vasitəsilə Krıma dəhliz açsın. O, həmçinin Donetsk və Luqansk vilayətlərinin qalan hissəsini tutmaq istəyir. Bundan əlavə, Putin hazırda Tiflisə yeni hücuma başlamaq üçün hərbi təyinatlı yol çəkir və həmin hərbi yol ona qısa müddət ərzində Azərbaycana da hücum etmək imkanı verir. Bəzi əlavə hərbi təxribatlar da ola bilər, məsələn, Moldovada.

-Siz deyirsiniz ki, Gürcüstana və Azərbaycana hücum mümkündür. Bu ssenari nə dərəcədə ağlabatandır?

-Təəssüf ki, tamamilə mümkündür. Çünki “Cənub axını” dayandırılanda Avropa elan etdi ki, Azərbaycan əsas alternativ enerji mənbəyidir. Putin də bu söhbətləri eşidir. Mən fikirləşmirəm ki, o, Azərbaycanı zəbt etsin, ancaq o, nəqliyyat, rabitə və boru kəmərləri infrastrukturunu kəsə bilər. Hazırda rusların Dağıstanda çəkdiyi hərbi təyinatlı yol Gürcüstana uzanır və bu da risk amillərindən biridir. Putin bu yolun tikintisinə 3 milyard dollar xərcləyir. Əgər onun Gürcüstan hökumətinin bu yolun davamının tikintisinə imkan verəcəyinə dair qarantiyası olmasaydı, 3 milyard dolları heç vaxt xərcləməzdi. Çünki layihəyə görə yolun 16 kilometr hissəsi Gürcüstan ərazisindən keçməlidir. İkincisi, onun bilavasitə hərbi müdaxilə planları olmasaydı, bu pulu xərcləməzdi.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam