Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Saakaşvili baş nazirin birinci müavini olmaqdan imtina etdi

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Ukrayna hökumətində baş nazirin birinci müavini postunu tutmaq təklif olunub 

 

"Xeberinfo.com":  Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, həmin vəzifədən imtina edib.
 “Biz Poroşenko ilə bir-birimizi çoxdan tanıyırıq. Biz Kiyevdə universitetdə bir yerdə oxumuşuq. O, Kiyevdə ən elitar hesab olunan beynəlxalq münasibətlər fakültəsini bitirib. Poroşenko o vaxtlar da çox seçilirdi, sonra bizneslə məşğul oldu. Onun əvvəlcə Kiyevdə videosalonu, sonra videosalonlar şəbəkəsi olub. Sonralar biz bir neçə dəfə görüşmüşük...
O, prezidentliyə namizədliyini irəli sürəndə, mən onunla görüşmək üçün Kiyevə gəldim. Onu seçki kampaniyası zamanı dəstəklədim. Mən sonra Nyu-Yorkdan bura gəlib-gedirdim. Noyabr ayında zəng edib soruşdu ki, Kiyevə gəlib baş nazirin birinci müavini postunu tuta bilərəmmi. Mən isə dedim ki, ora gəlib Ukraynanın baş nazirinin birinci müavini vəzifəsini tuta bilmərəm”, - Saakaşvili qeyd edib.
Saakaşvilinin sözlərinə görə, bu qərara gəlməsinin başlıca səbəbi Ukraynada komanda formalaşdırmağın çətin olması, ikincisi onun vətəndaşlığını dəyişdirməsi kimi şərt olub:
“Sonradan Poroşenko dedi ki, məni Milli Korrupsiya Əleyhinə Büronun rəhbəri kimi görmək istəyir. Biz bununla bağlı dəfələrlə müzakirə apardıq, çünki yenə vətəndaşlıq məsələsi ortaya çıxırdı, digər ciddi problemlər də var idi”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam