Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“...böyük hesablaşmam olacaq”

Əli İnsanovun türmədən şok mesajı: “...böyük hesablaşmam olacaq”

Sabiq nazirlə bağlı yayılan xəbərin pərdəarxası; İqtidarın keçmiş səhiyyə nazirinin təhdidinə yeni cinayət işinin açılacağı xəbəri ilə cavab verdiyi deyilir; “Beş yüz minlik qərbi azərbaycanlı ordusunun ağsaqqalı”nın dustaqlığının bitməsi müxalifətin də marağında deyil... 

 

Xeberinfo.com:   İyunun 7-də sabiq səhiyyə naziri Əli İnsanov  barəsində yeni cinayət işinin açılması xəbəri və sonradan təkzibi cəmi bir neçə dəqiqədən sonra ölkədəki çoxsaylı elektron KİV-lərin manşetinə oturdu. Həm də siyasi mövqeyindən asılı olmayaraq, bütün elektron media bu xəbəri yaydı. Bu, həbsdə saxlanılan yeganə sabiq nazirin personasına diqqətin göstərici sayıla bilərdi. 
Çünki 2005-ci ilin oktyabrından həbsdə olan Ə.İnsanov hətta bu hakimiyyətə ən radikal mövqedə duran müxalifətçilərlə müqayisədə daha çox cəza çəkib. Bir çoxları ondan sonra həbsə girib-çıxıb, əfv edilib-əfv yazıb və sairə...  Ə.İnsanovla birgə tutulan sabiq nazir Fərhad Əliyev də 2013-cü ilin oktyabr ayının 15-dən azadlıqdadır. Bu illər ərzində imzalanan əfv və amnistiya qərarları Ə.İnsanovdan yan keçib. Sonuncu amnistiyanın da sabiq nazirə tətbiq edilməyəcəyi artıq dəqiqləşib. 
 
Hələ həbsinin ilk ayında belə xəbər yayılmışdı ki, Ə.İnsanov əfv diləyib, hətta qəzetlərdən biri ərizəni dərc də etmişdi. Amma bu müəmma indiyədək də qalır: Əli İnsanov əfv yazıbmı? Hüquq-müdafiəçiləri də bir neçə dəfə bəyan ediblər ki, məhz həbsdəki şəxsin özünün ərizə yazması vacib deyil, bunun üçün ailə üzvləri, qohumları, hətta hüquq müdafiəçiləri müraciət edə bilərlər və ediblər də. Amma Ə.İnsanov hələ də həbsdədir. Məhz görünür, həm də bu kimi səbəblərdən diqqəti özünə çəkməyi bacarmış sabiq nazirə “yeni cinayət işi” açılması xəbəri belə geniş reaksiya doğurdu. Yəni Ə.İnsanovun dirənişi ilə onun azadlığa buraxılacağı arasında bir tərs mütənasiblik, ziddiyyət var. Hər halda, illərdir media da şahidlik edib ki, hətta barışmaz müxalifətçilər belə həbsdən ərizə-müraciət göndərib azadlığa buraxılıblar. Ə.İnsanov isə deyilənə görə, azadlığa bu cür çıxmaq istəmir. 
Ola bilsin, bu ilin martında 70 yaşını tamamlayan sabiq nazir daha əfv üçün çox gec qaldığını düşünür.  Ola bilsin, azadlığa çıxdıqdan sonra daha fərqli siyasi planları olsun. Məsələn, siyasi partiya qursun, yaxın ətrafını təşkilatlandırsın və sairə. Ə.İnsanov həbsinə Avropa Məhkəməsində siyasi rəng ala bilib, bəzi siyahılarda adı siyasi dustaq kimi keçir. Əgər Ə.İnsanovun siyasi planları varsa, bu dirəniş onun üçün artıq ciddi avantajdır. Yox, İnsanov özünü sırf günahsız hesab etdiyindən azadlığı üçün tələb olunan beş-on cümləni yazmaq istəmirsə, bu da onun hüququdur. Ya da iqtidar onun son günədək həbs cəzasını çəkməsini lazım bilir...
Əli İnsanovu hakimiyyət üçün arzuolunmaz edən təkcə bu ötkəmliyi deyil. O, bu iqtidarın ən iri və ciddi fiqurlarından, üstəlik, YAP-ın qurulmasında, bu partiyanın iqtidara gəlməsində əməyi olan şəxslərdən biri idi. Mərhum prezident Heydər Əliyev qarşısında böyük xidmətlərinin olduğu çoxlarına məlumdur. Hakimiyyət öz içindən çıxanların asiliyini heç vaxt qəbul etməyib. Bu cür adamlara qarşı həmişə barışmaz mövqe tutub. Ortada Rəsul Quliyev, Abbas Abbasov nümunəsi var. 
Əli İnsanov da böyük çaplı siyasi fiqur olduğundan onun mövcud hakimiyyət üçün hansısa problem yarada biləcəyi həmişə göz önündə tutulur. 
Ə.İnsanov nazir olduğu dövrlərdə müxalifətə və müstəqil mətbuata qarşı həddən artıq barışmaz olub. O, parlament tribunasından dəfələrlə müxalifət və tənqidçi mətbuat təmsilçilərinin ünvanına təhqiramiz və radikal çağırışlar edib. Səhiyyə sistemində çalışan müxalifətçi həkimlər ən çox İnsanovun dövründə  təqib edilib, işdən çıxarılıblar. Həddən artıq ambisiyalı olması onu daim iqtidardakı klanların hədəfinə çevirib. Sadəcə olaraq, H.Əliyev faktoru imkan verməyib ki, güclü klanlar onu “yesin”. Lakin H.Əliyevdən sonra Ə.İnsanovun hakimiyyətdəki mövqeyi sarsıldı. Onun ambisiyası sabiq nazirə baha başa gəldi... 
Ə.İnsanov özünü qərbi azərbaycanlı klanının ağsaqqalı hesab edirdi. Deyilənə görə, tez-tez “mənim arxamda 500 minlik ermənistanlı ordu var” deyirmiş. Görünür, arxayın imiş ki, həbs olunsa, bu “500 minlik ordu” onu aktiv müdafiə edəcək. 
Lakin İnsanovun arxalandığı sosial təbəqə onu aktiv müdafiə etmədi. Burada hakimiyyətin qorxu mühiti də ciddi rol oynadı. 
 
Hazırda Əli İnsanovun həbsdə qalması müxalifətə də sərf edir. Müxalifətin “qoca qurdları” bilirlər ki, Əli İnsanov həbsdən çıxsa, onların isti yerini soyuq edəcək. Sabiq nazir nə Müsavatın, nə AXCP-nin şəmsiyyəsi altına keçməyəcək. İsa Qəmbərin, Əli Kərimlinin liderliyini də qəbul edəcək qədər üzüyola siyasətçi deyil. Əksinə, müxalifət düşərgəsinin bu iki monopolist partiyasından özünə tərəfdarlar toplaya bilər. Müxalifət liderləri narahatdırlar ki, Ə.İnsanov türmədən çıxıb narazı elektoratı öz ətrafında toplayar. Ona görə də nə qədər üzdə Əli İnsanovu müdafiə etsələr də, gerçəkdə sabiq nazirin hələ bir müddət türmədə qalması onlar üçün ən məqbul variantdır.  
Bir sözlə, sabiq səhiyyə naziri ilə bağlı iqtidarla müxalifətin strateji olaraq mövqeləri üst-üstə düşür.    
 
Əli İnsanov barədə yeni cinayət işinin açılacağı xəbərini inandırıcı edən bir məqam daha var. Deyilənə görə, sabiq nazir türmədən çölə mesaj göndərib. Onun mesajı təxminən belə olub: “Həbsdən çıxdıqdan sonra hakimiyyətə qarşı barışmaz və qəti mövqe tutacam, mənə verilən qanunsuz həbsə görə onlardan hesab soracam”. Bəzi iddialara görə, hakimiyyət Ə.İnsanovun bu təhdidinə “sənə qarşı yeni cinayət işi aça bilərik” xəbər-şayiəsi ilə cavab verib...  
 
*   *   *
Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib. Əgər fövqəladə heç nə baş verməsə, Ə.İnsanovun məhkumluq müddəti oktyabrda tamamlanır.  Bu illər ərzində Ə.İnsanov bekar da oturmayıb.  Vəkilləri  Avropa İnsan Haqları Məhkəməsinin Ə.İnsanov barəsində qərar çıxarmasına nail olublar. AİHM 2013-cü ildə Ə.İnsanov barəsində ədalətsiz məhkəmə keçirildiyini, onun müdafiə hüququ və digər prosessual qaydaların pozulduğunu əsas gətirərək sabiq nazirə bəraət verilməsinə qərar verib. Hətta  Azərbaycan hökumətinə 10 min avro cərimə kəsib. Ali Məhkəmənin Plenumu isə Əli İnsanov barəsində məhkəmə qərarlarını ləğv edib, iş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Azadlığa buraxılmamasına etiraz edən  Ə.İnsanov vəkili vasitəsilə Ali Məhkəmənin Plenumunun qərarına münasibəti belə olmuşdu: “Mən rahat və nikbinəm. Azərbaycan hakimiyyəti mənimlə açıq mübarizə aparır. Mən də bu mübarizədə sonadək varam”.  Sabiq nazir Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə şüşə arxasına salındı və bir neçə prosesdən sonra hökm qüvvədə qaldı.  
 
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam