Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“MÜFLİS OLANDA HƏR ŞEYİNİ SATIRSAN…”

 

72865

 

     "Xeberinfo.com":“Bakı” Futbol Klubunun prezidenti. “Hafka” kimi tanınan uş adamı Hafiz Məmmədov affa.az saytına müsahibə verib. Müsahibəsində o, biznesndə yaranmış vəziyyətə toxunub. “Bakı” klubunun maliyyə durumu iə bağlı suala cavab verəkən, Hafiz Məmmədov iflas etməsi barədə xəbərləri də təkzib edib: “Bu suala ən qısa zamanda ətraflı cavab verəcəyəm. Klubun maliyyə vəziyyətində heç nə baş verməyib. Holdinqdə baş verən olaylardır. Biznesdə böhrana uğramaq kimi bir şey olmayıb. Sadəcə, illər əvvəl infrastruktura yatırdığımız vəsaitin geri dönməməsi nəticəsində “default” olduq. Müflis olanda hər şeyini satıb borclarını ödəyirsən. “Default” zamanı isə 10 manat alacağın ola bilər, 1 manat verəcəyin. 10 manat alacağın yubandıqda, 1 manat verəcəyini verə bilmirsən və bu halda sənə “default” deyirlər. Bizdə o vəziyyət oldu. İllərlə bəzi yerlərə yatırdığımız sərmayə geri dönmədikdə bir az maliyyə sıxıntısı yaşadıq. Holdinq olaraq bu da bizim digər strukturlarımıza təsir etdi. O cümlədən də futbola. Ancaq futbol o qədər səsli-küylü qurumdur ki, digər strukturlardan səs çıxmadığı halda, futbolda yaranan durum barədə hətta Nyu-Yorkda da danışılır. Yavaş-yavaş işləri qaydasına salırıq”.

      “Bank of Azerbaijan” fəaliyyətində yaranmış vəziyyəti isə Hafiz Məmmədov belə izah edib:”Bank elə bir qurumdur ki, bir vətəndaşın depozitini qəbul edib, hansısa digər vətandaşa və ya kredit təşkilatına yönəldərək mənfəət əldə edir. Kredit verilən şəxslərin kreditlərini geri qaytarmasında problem olduğu üçün bankda qarışıqlıq yarandı. Bu da tədricən həll olunur. Ad çəkmək istəmirəm, həmin futbolçularla şəxsən danışmışam. Söz vermişəm ki, yaxın zamanda bu məsələ həllini tapacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam