Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Əməkdar artist:"Bu serialda bəyəndiyim xüsusiyyətlərdən biri..." - FOTO

Əməkdar artist:

 

 

Yenixeber.org:  Əməkdar artist Abbas Qəhrəmanovun müsahibəsi

 

- Abbas bəy, sənətdə bugünkü yeriniz ürəyinizcədir?

- Təbii ki, ürəyimcədir, özümə lazım olan məsələləri həll edə bilirəm. Öz istəklərimi həyata keçirə bilirəm, keçirəcəyəm də. Heç kəsə mane olmamaq şərtilə.

- Sizə mane olanlar çoxdur?

- Bəli, çoxdur. Bu şəxsi məsələlər deyil. Sənin işin, hərəkətin kiməsə xoş gəlməyə bilər. Teatr içində ümumi vəziyyət məni qane etmir, barışa bilmirəm.

- Sizcə nə dəyişməlidir?

- Qonorar sistemi və bundan doğan digər məsələlər. Qonorar sistemi olmalıdır ki, aktyor rolun müəllifinə çevrilsin.

- Teatrda arzuladıqlarınız olsaydı, yenə də filmə çəkilərdiniz?

- Bu zaman məsələsidir, deyə bilmərəm. Yaxşı rol olsaydı, filmə çəkilərdim, olmasaydı, özümü teatra həsr edərdim. Sənin oynadığın tamaşa, çəkildiyin film pul gətirməlidir. Əgər bu pul gətirmirsə, demək ki, inkişaf yoxdur.

- Müasir teatr və filmi necə səciyyələndirirsiniz?

- Teatrlar get-gedə özfəaliyyət səviyyəsinə gəlib çıxıb. Çünki aktyorun potensialı tamamilə işə qoyulmur. Yeni başlayan aktyorlar özlərini tamamilə teatra həsr edə bilmirlər. Kinoda da sadaladığım problemlər var. Müəllif hüququ rejissora tam verilməyib. Həvəs var, istək var. Mən də böyük həvəslə bu filmlərə çəkilirəm. Təkcə maddiyyata görə yox, həm də onlara-yəni gənclərə kömək etmək üçün.

- Hal-hazırda "Ögey ana" serialına çəkilirsiniz. Bu serial haqqında nə danışa bilərsiniz?

- Öncə onu qeyd edim ki, çox gözəl bir kollektivdə çalışıram. Rejissorumuz Sain Qəhrəman başda olmaqla bütün kollektiv ürəyimcədir. Mən çox istərdim ki, onunla bədii film, bitkin bir əsər də işləyək. İndi şərait belədir, budur. Çalışıram ki, maraqlı bir obraz ortalığa çıxarım. Bəzi texniki problemlər olur, onlar da olmalıdır.

- Sizcə, bu serial eyniadlı filmin uğurunu təkrarlaya bildi?

- Orijinalı təkrarlamaq bəzən mümkün olmur. Bu orijinala ithaf oluna bilər. O dövr başqa idi, süjet xətti başqa idi. Məhz bugünkü baxışla yanaşsam, bu günkü həyat bu serialda əks olunub. Bəlkə də bəzi şeylərdə üstünlük var, reallıq var. Mən məmnunluqla sadəcə öz işimi görürəm. Nəticəsi necə olacaq bunu bilmirəm. Öz etdiyimi heç vaxt tərifləmirəm. Etdiyim iş sadəcə olaraq mənə məmnunluq gətirir. Düzdür, bəzən mənfi obraz oynamağım tamaşaçıların xoşuna gəlmir. Bəzən isə obrazlarım məni tamaşaçılarla üz-üzə qoyur.

- Tamaşaçı olsaydınız "Ögey ana"ya baxardınız?

- Bəli, əlbəttə baxardım. Bu serialda bəyəndiyim xüsusiyyətlərdən biri də aktyor oyunudur. Aktyorlar vəziyyəti oynayırlar, sözdən asılı qalmırlar. Mənə elə gəlir ki, tamaşaçılar da mənim kimi düşünürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam