Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hafız Hacıyev Zakir Fərəcovla başlayıb, digər məmurları "yıxıb-sürüdü" -“Küçüyünüzü ayağınıza bağlayın”

Hafız Hacıyev Zakir Fərəcovla başlayıb, digər məmurları "yıxıb-sürüdü" -

Biznesmenin azyaşlı övladının maşınla adam öldürməsi Sumqayıtın icra başçısını hədəfə alıb.

Yenixeber.org:   Bu və digər məsələlərlə bağlı Yeniçağ.Az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev vəzifədəki qeyri-türklərin Azərbaycanı dalana saldıqlarını deyir.

– Biznesmen övladının bahalı avtomobillə gənc qadını öldürməsi və onun cəzasız qalması hələ də gündəmin əsas mövzularındandır. Açıq görünür ki, prezident səviyyəsində xəbərdarlıqlara baxmayaraq, məmur və onların himayəsindəki biznesmen övladlarının harınlıqları ara vermir…

– …O uşaqlar nə qədər ki cəzasız qalıblar, vəziyyət belə də davam edəcək. Çünki hansısa kasıb adamın övladları o işləri görə bilməz. Yəni kimin pulu çoxdursa, bu işlərlə də onlar məşğul olur. Bunlar hardan qaynaqlanır? Hamısı çirkli pullardır… İcra başçısının oğlu restoranda oturub adam döyürsə, onun cəzası mütləq verilməlidir. Həmin icra başçısı dərhal işdən azad edilməli, oğlu isə həbs olunmalıdır. Əgər bu, olmursa, eyni hərəkətlər yenə təkrarlanacaq. Eynilə də digərlərini görürsünüz… Baxırsan ki, “Feysbuk” səhifələrində özlərinin maşın kolleksiyalarını millətin gözünə soxurlar. Millət bir tərəfdən çətinliklə yaşayır, onu da belə qıcıqlandırırlar. Camaat görür ki, dünənki bir gədə, ya da küçədə gəzən bir qız-qadın gedir bir məmurla rastlaşır, o da ona bir bahalı maşın alırsa, onun boyun-boğazını qızıla tutursa, xaricdə villa bağışlayırsa, millət qıcıqlanır. Prezident dəfələrlə deyib ki, məmurlar xalqa nümunə olmalıdırlar. Məsələn, birinin oğlu vurub adam öldürür, ancaq 180 manat alıb, onu buraxırlar və bu işi də yüz yerə yozmağa başlayırlar.

O biznesmen dedikləri də əslində hərəsi bir məmurla qohumdur, kirvədir, qudadır və sair. Onlar da bağlılıqla ölkədə vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq üçün hər varianta əl atırlar. Ancaq çox təəssüf ki, onların barəsində tədbir görülmür. Kimdir bu harınlığı edən? Məmur balaları. Kürü ilə konyak içənlər kimdir? Məmurlardır. Dövlətin pulunu talayanlar… O məmurların balaları da gedib xaricdə ermənilərlə şəkil çəkdirib paylaşırlar… Onlar adam öldürürlər, ancaq öldürdüklərini milçək hesab edirlər… Heç kim də buna bir tədbir görmür. Kasıbın biri öz maşını ilə gedib, adi bir “naruşeniye” eləsə, onu heç beş dəqiqə də çöldə qoymazlar. O məmurlardan birinin uşağı maşını saatda 100-lə arxaya sürür, yol polisi onu guya görmür. Ancaq tanınmış siyasətçini o dəqiqə saxlayırlar. Yəni bunların hamısı harınlamış böyük bir klanın, dəstənin üzvləridirlər. Nə qədər ki, onlar cəzalandırılmayıblar, dədələri həmin anda vəzifədən çıxarılıb, həbs edilməyib, onların balaları bu gündə olacaqlar. Qanun işləməyəndə, anarxiya dərinləşir. Ona görə o məmurlar da, onların harın balaları da cəzalarını almalıdırlar. Hamısı var-dövlət sahibi olublar. Hansı yolla? İcra başçısı, 900, nazir də 1700 manat maaşla o sərvəti necə toplayıb? Bütün bunlara aydınlıq gətirilməlidir.

– Elə xarici maşını ilə adam vuran yeniyetmənin atasının adı Sumqayıtın icra başçısı Zakir Fərəcovla şəriklikdə hallanır…

Bu barədə mən öz fikrimi bildirdim və dediklərim də ciddi skandala səbəb oldu. Əvvəl mənə məlumat verilmişdi ki, o adam Zakir Fərəcovun qohumudur və mən də sözün düzü, çox sərt danışdım. Ancaq mənə bildirdilər ki, Sumqayıt İcra Hakimiyyətinin mətbuat xidməti həmin iş adamının Zakir Fərəcovla qohum olduğu xəbərini təkzib edib. Ancaq mən yenə də inanmıram ki, o adam sadə bir biznesmendir. O adam kimlərləsə bağlıdır. Sənin, mənim biznesim niyə yoxdur? Zakir Fərəcov Abşeronu dağıtdı, yerinə də oturub-durduğu qadını qoydu. İndi də gedib Sumqayıtı talayıb yeyir. Ona görə də belə adamların xalqa, dövlətə bir qəpiklik xeyri yoxdu. Bunlar Azərbaycan talan ediblər, ölkəni pis günə qoyublar. Necə olur ki, Dövlət Yol Polisi adi sıravi adam, müəllimi, hətta deputatı saxladıb maşından düşürə bilir, ancaq belə harınamışın qudurğan küçüyünü içəri sala bilmir. O da bundan istifadə edərək adam öldürür. Buna da haqq qazandırırlar. Facebook-da yaydığı videoda maşını qaydaları pozaraq yol hərəkətini pozaraq tərsinə sürür. Dəfələrlə ölkə prezidenti bəyan edib ki,vəzifəli şəxslərin balaları nümunəvi olmalıdır. Baxaq görək bunlar nümunəvi olurlarmı? Əksinə daha da harınlaşırlar. Bizdə güllələnmə olmadığına görə, tutub bunun da qulağını kəsmək lazımdır. Qaydaları pozub yolda sadə vətəndaşı vurub öldürürsən sonra deyirsən bunun 14 yaşı var. Bütün fotolarda qəlyan çəkir, eş-işrət içindədi.Sən bu pulları hardan almısan ki ki, belə harınnamısan. Belə mənzərələr xalqı dövlətdən narazı salır. Camahat da görür ki, harınlamış bir məmurun,iş adamının övladı qaydaları pozur, yolda adam öldürür “gözün üstündə qaşın var deyən” yoxdu, amma kasıb bir insanı hansısa bir qayda pozuntusuna görə DYP tərəfindən əzab verilir. Deməli, onlar kürəklərini kimlərəsə söykəyirlər və ondan sonra biznesə başlayırlar. Mənə o məlumat bir neçə gün əvvəl çatdırılmışdı və ona uyğun kəskin açıqlama vermişdim. O adamlar da başladılar mənə təzyiq göstərməyə, zəng vurub təhqir də elədilər. Mən çəkinəcək olsam, o nömrələri hüquq-mühafizə orqanlarına təqdim eləməliydim. Nə demişəm axı? Demişəm ki, əgər o uşaq onların qohumudursa, küçüklərini çəkib ayaqlarına bağlasınlar. Yəni bunu indi də deyirəm. O sözlərimə görə mənə şər-böhtan atmağa çalışırlar. Ancaq mən dövlətçiliyi qoruyuram, mən qardaşım İlham Əliyevin nüfuzunu xələl gətirən istənilən adamın üstünə gedəcəm.

– Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə real namizəd kimi Zakir Fərəcovun adı yaman tez-tez hallanır…

– Bu, birbaşa prezidentin qərarından asılı olan məsələdir. Şəxsən mən düşünmürəm ki, Zakir Fərəcov Bakı Şəhər İcra Hakimiyyətinə layiq bir adamdır. Bilirsiz necədir, kim-kimdir özü bilər, ancaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əsl türk olmalıdır. Mən bu sözləri deyirəm…. Ancaq bu etniklər Azərbaycanı aparıb “tupik”ə dirəyirlər axı…
Zakir Fərəcov vaxtilə Heydər Əliyevin ünvanına olmazın təhqirlərini yağdırırdı. Bu, nə tez yaddan çıxdı? Dədəmiz, rəhmətlik Heydər Əliyevi təhqir edənlərin hamısı gəlib vəzifələrdə oturmalıdırlar? Milləti qıcıqlandırırlar… Lakin düşünməsinlər ki, hər şey elə-belə də gedəcək… Zakir Fərəcovun hansı xidmətləri olub? Sumqayıtı nə günə qoyub? Orada insanlardan milyardlarla rüşvət alıb, işləməyə imkan vermir, sahibkarları yükləyiblər… Nə qədər şikayətlər daxil olur… Partiyamızın Sumqayıt təşkilatının sədri mənə elə məlumatlar verir ki, adamın başının tükü qalxır. Kimlərdi onlar? Onların üzündən Azərbaycan dövlətinin imici Qərbdə aşağı səviyyədədir. Məgər başqa kadrlar yoxdur? Ölkədə, YAP-da nə qədər gənc, bacarıqlı kadr var. Yaxşı, bizim partiyadan kadr götürmürsüz, YAP-dan götürün… Bu nə deməkdir? Ölkəni talayanlar bir tərəfi otlayıb qurtarır, keçirlər o biri tərəfi otlamağa… Belə şey olar? Bakını niyə bizlər idarə etməyək? Niyə bizə olmaz? Biz təmizik, millətimizi sevirik, prezidentimizi qoruyuruq, xəyanəti bacarmırıq… Ona görə bizə olmaz?

– Söz sözü çəkir. Vaxtilə Eldar Mahmudovun “Sağ əl”lərindən biri sayılan Akim Bədəlov və digərlərinin hələ vəzifədə qalmaları da təəccüb doğurur…

– Bilirsiz, kimliyindən asılı olmayaraq, bir məmur düzgün işləyirsə, ona heykəl qoymaq olar. Siz də gördünüz ki, adi bir lift idarəsinin rəisi nələr edib… İndi qaçıb gedib Türkiyədəki biznesinin başına… Ya da ki adını çəkdiyiniz məmur… Bir deyil, üç deyil, beş deyil… Azərbaycanda barmaqla sayılacaq qədər nazir var ki, bu millətə sədaqətlə xidmət edir. O nazirlər daha da irəli çəkilməlidirlər. Qalanları isə kiminsə arvadının qardaşıdır, kiminsə yeznəsidir, kiminsə “lyubovnik”inin qardaşıdır… Axı bununla dövlət idarə eləmək olmur, qardaşım… Hamısı da bir-birilə qohum olub, “set” qurublar. Görürsüz ki, “MTN işi”ndə, “Rabitə işi”ndə nələr üzə çıxır… Onları da Hafiz Hacıyev demir ki… Ona görə də bu halların qarşısı alınmalıdır. Millətin içində güclü kin, qəzəb var… Millət öz dövlətini sevdiyindən, o məmurları təpiyinin altına salmır. Ancaq belə getsə, o məmurlar millətin təpiyinin altında qalacaqlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam