“Hadisəni törədən məmur vəzifəsindən azad olunmalıdır və barəsində cinayət işi başlanmalı, həbs edilməlidir”
Yenixeber.org: Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun 1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası törətməsi haqda danışıb.
Partiya sədri bildirib ki, məmurların və övladlarının “yol terroru” cəzasız qalmamalıdır.
H.Hacıyevin sözlərinə görə, bundan qabaq da vəzifəli şəxslər və uşaqları avtoqəzalarda insanların həyatına son qoyublar:
“Bu cür vəziyyət davam edə bilməz. Məmur təbəqəsi elə rəy yaratmağa çalışır ki, biz heç kəsi saymırıq, prezidentin tapşırıqlarına əməl etmirik, biz şahıq, qanun yox və elədiyimiz cinayətlər cəzasız qalacaq.
Ona görə də dövlət qurumları belə hadisələri qulaqardına vurmamalıdır. Çünki məmurlar pullanırlar, qudururlar, sonra əyyaşlıq edirlər, qudurğan hərəkətlərə yol verirlər, axırda hansısa günahsız insan tələf olur.
Belə mənzərə yaranır ki, bir anarxiya var, məmur da içkili halda avtomil idarə edib istədiyi adamın üstündən keçə bilər”.
MMP sədri qeyd edib ki, Z.Bəylərovun işi araşdırılmalıdır: “İcra hakimiyyətində şöbə müdiri vəzifəsi daşıyan bir şəxs əyyaşlıq edir, qəza törədir, bir nəfəri öldürür və bu, cəzasız qala bilməz.
Nəzərə almaq lazımdır ki, seçki ili gəlir, ölkədə gərginlik yaratmaq istəyən qüvvələr var. Bu tərəfdən də belə məmurlar törətdiyi cinayətlərlə vəziyyəti ağırlaşdırırlar, həmin dairələrin əlinə arqument verirlər.
Ona görə də xalq qınağı olmalıdır, qanunla nəzərdə tutulmuş qaydada həmin məmur məsuliyyətə cəlb edilməlidir.
Cəzasızlıq mühiti məmurların bir qədər də arxayınlaşmasına, qudurmasına gətirib çıxara bilər. Necə deyərlər, şar dolana qədər partlamalıdır”.
Xatırladaq ki, Tərtər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub. Hadisə zamanı "Kia" markalı avtomobilin sürücüsü Elşad Quluyev ölüb.
"Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur.
Hadisə zamanı daha iki nəfər - 1971-ci il təvəllüdlü Quluyev Məhərrəm Ağamoğlan oğlu və 1980-ci il təvəllüdlü Sarıyev Elnur Asdan oğlu xəsarət alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.(palitika.az)