Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Azərbaycanda kriminal idarəetmə sistemi var” - VİDEO

aslanismayilov-enyeniCinayət işlərinin materialları və Milli Təhlükəsizlik Nazirliyinin və Rabitə Nazirliyinin  keçmiş işçilərinin məhkəmələrdə verdikləri ifadələr bu qurumlarda kriminal “obşak” sisteminin fəaliyyət göstərdiyini göstərir, yəni cinayətkarlıq Azərbaycanın dövlət idarəçiliyi sisteminin özünü əhatə edib.

Xeberinfo.com:  Bu barədə Turan agentliyinin “Çətin Sual” verilişinə müsahibəsində “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov bildirib.

Onun sözlərinə görə, “obşak” və işçilərin “zərflərlə” mükafatlandırılması sistemi bütün digər dövlət idarələrində də var. Bu sistem hər kəsin cinayətə şərik edilməsi və  korrupsion-kriminal sistemə etiraz edə bilməməsi üçün  tətbiq edilir.

MTN və Rabitə Nazirliyinin həbs edilmiş əməkdaşlarının bəyanatlarına görə, bu idarələrin keçmiş rəhbərləri – Eldar Mahmudov və Əli Abbasovun da qanunsuz əməllərdə əli olub.

Onlar həbs edilə bilər? İsmayılov buna şübhə edir. “Onları həbs etsələr bütün Nazirlər Kabineti həbs olunmalıdır. Bu halda onların pulu ən yuxarılara ötürdüyü üzə çıxacaq”, deyə hüquqşünas qeyd edib.

Belə ki, hazırki rabitə nazirinin müavini İltimas Məmmədov etiraf edir ki, hər ay “ümumi qazandan” 30 min manat alırdı. “Bu insanlar hətta bunu normal hesab edirlər və rahatca kriminal jarqonla danışırlar. Heydər Əliyevin dövründə belə bir şeyə görə məmur həbs olunardı”, deyə İsmayılov qeyd edib.

Hökumət həqiqətən korrupsiyaya qarşı mübarizə aparırsa, belə məmurlar dərhal həbs olunmalıdır. Amma onlar dərhal pulu kimə verdikləri haqqında ifadə verəcəklər.

İsmayılovun sözlərinə görə, Azərbaycanda məmuru yalnız “obşak” pulu mənimsədikləri halda həbs edə bilərlər. “Təsadüfi deyil ki, xalq arasında belə bir söz yayılıb: “vətənə xəyanətə görə xilas olmaq  olar, amma “obşaka” xəyanətə görə – heç vaxt””, deyə İsmayılov bildirib.

Onun sözlərinə görə, “ümumi qazan”a pul aşağıdakı mənbələrdən daxil olur: dövlət büdcəsindən oğurluq; dövlət sifarişlərindən kəsilən vəsait; dövlət büdcəsinə çatacaq pulların mənimsənilməsi;  “gəlirli” vəzifələrə təyinatlardan rüşvətlər (məbləğ 50 min – 1 mln. manat arasında dəyişir).

Korrupsiyaya uğramış məmurların aylıq on minlərlə, nazirlərin isə yüz minlərlə qeyri-leqal gəlirləri var. Eyni zamanda, Maliyyə Nazirliyi hələ 1992-ci ildə həlak olmuş şəhidlərin ailələrinə 11 min manat ödəmək üçün pul tapa bilmir.

İsmayılovun fikrincə, dövlət özü müflislik həddinə çatıb və tezliklə büdcə işçilərinə maaş verməyə pulu olmayacaq.

Vəziyyətdən çıxış hökumətin dəyişməsində və idarəetməyə islahatlar həyata keçirmək iqtidarında olan gənc kadrların gətirilməsindədir.

Ölkə fəlakətə doğru irəliləyir və onu yalnız rəhbərliyin və cəmiyyətin birgə səyləri ilə xilas etmək olar, hüquqşünas belə hesab edir.

“İnqilab yolu qəbuledilməzdir, cünki korrupsiyaya uğramış məmurlar o qədər talan ediblər ki, Suriyadakından daha pis vətəndaş müharibəsinə səbəb ola bilər”, deyə İsmayılov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam