Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mən anadan olandan Müsavat Partiyasının qurultay keçirəcəyini eşidirəm”

 

 

      "İbrahimbəyov ölkədə müvəqqəti hökumət yaratmaq niyyətində idi"

"xeberinfo.com" Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevin APA-ya verdiyi müsahibəsini təqdim edir.
- Bir həftə əvvəl AXCP sədri Əli Kərimli Ukrayna hakimiyyətinin qətiyyətsizlik nümayiş etdirdiyini bildirib, məsləhətlər verib. Bu günlərdə isə Ukrayna hakimiyyətinin gec də olsa, onun dediklərini həyata keçirməyə başladığını söyləyib. Buna münasibətiniz necədir?
 
- Ukraynada çox mürəkkəb proseslər gedir. Ukraynada gedən proseslər faktiki Qərbin demokratiyasının Rusiya sərhədləri istiqamətinə yaxınlaşmaq yönündə aparılan strateji siyasətə Rusiyanın müqavimət göstərməsidir. Bilmirəm ki, bu məsələyə Azərbaycanda kimlərinsə nəsə münasibət bildirir, amma bu məsələni dəqiq, dərinliyi, heç olmasa dünya üzrə proseslərin axırıncı 20-22 ildə proseslərin necə verdiyini, strategiyanın hansı istiqamətdə inkişaf etdiyini analiz etmədən kiminsə müəyyən bir fikir söyləməsi, sadəcə, o adamların izafi savadsızlığından irəli gəlir. Həmişə izafi savadsız adam başı çıxmaq istəmədiyi şeylərə analiz vermək istəyər və bu analizin də yeganə düz analiz olduğunu iddia edər. Bu, klassik savadsız adamların düşünmə qabiliyyətidir. Ukraynada baş verən hadisələri Azərbaycanda 2-3 nəfər dərindən analiz edə bilər. Yerdə qalan adamların, xüsusi ilə də müxalifətdən olanların bu barədə fikir söyləmələri gülüşdən başqa heç nə doğurmur. Çünki Azərbaycanın özünün daxilində, hər hansı bir rayonda nə baş verdiyini dəqiqliklə bilməyən adamlar necə ola bilər ki, 45 milyonluq, 600 min kv.km sahəsi olan, Avropanın tərkib hissəsindən biri sayılan, həm əhalisinə, həm də ərazisinə görə Avropanın beşinci dövləti olan Ukrayna barədə belə səhv analizlər versin? Bu, gülüncdür, belə şeylər etmək olmaz.
 
- Son dövrlər Azərbaycan daxili siyasətində bir Rüstəm İbrahimbəyov amili  vardı, ancaq bu amil artıq faktiki mövcud deyil, gündəmdən çıxdı. Niyə Rüstəm İbrahimbəyov bir siyasi fiqur kimi özünü doğrulda bilmədi?
- Fikirləşmirəm, Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmaq niyyətində idi. Rüstəm İbrahimbəyov prezident seçkilərində iştirak etmək, prezident seçkilərinin nəticəsində müxalifətdən olan adamlarla bir yerdə  ölkədə müvəqqəti hökumət yaratmaq niyyətində idi. Bu hökumət də 2 il, yeni demokratik seçkilər keçirilənə qədər çalışmalı idi. Bunların heç biri baş tutmadı və Rüstəm İbrahimbəyov də siyasətdə yoxdur. Burada qeyri-adi heç nə yoxdur. Heç kim gözləmirdi ki, Rüstəm İbrahimbəyov siyasəti özünə peşəkar sənət kimi seçsin.
 
- Rüstəm İbrahimbəyovla bərabər son prezident seçkiləri ərəfəsində böyük siyasi iddiaları və təşkilatı olan şəxs kimi Eldar Namazov da gündəmə gəlmişdi. İndi isə Eldar Namazov rəhbərlik etdiyi “El” Hərəkatının qurultayını keçirəcəyini bəyan edib, bu qurumu partiyaya çevirəcəyini də istisna etməyib. Eldar Namazovun 2015-ci il parlament seçkiləri ərəfəsində ciddi siyasi qüvvənin rəhbəri kimi ortaya çıxmasını nə dərəcədə real sayırsınız?
 
- Azərbaycanda bu dəqiqə gedən proseslər və bu günkü ictimai-siyasi vəziyyət göstərir ki, 2015-ci ildə də parlament seçkiləri eyni ilə 2010, yaxud 2005-ci ildəki kimi hökumətin istədiyi kimi baş tutacaq. Hər halda Eldar Namazovun yaradacağı qüvvə Müsavat Partiyası və AXCP-nin qüvvəsindən az olmaz. Burada qüvvədən də söhbət getmir. Bu dəqiqə müxalifətdəki istənilən partiyanın qüvvəsi yoxdur, ona görə də onların hamısı bir-birinə bərabərdir. Kimsə partiyasında özüdür, kiminsə partiyasında özündən başqa 3 nəfər var. Onsuz da bunların heç bir qüvvə deyil. Ona görə də Müsavat Partiyası, AXCP, digər partiyalar hansı qüvvəyə malikdirsə, Eldar Namazov da o qüvvəyə malik olacaq. İndiki ictimai-siyasi vəziyyət bunu göstərir. Amma 2014-cü ilin ikinci yarısı, 2015-ci ilin əvvəlində bu adamlar müəyyən planla, proqramla çıxış etsələr, bu plan və proqramın camaat üçün nə dərəcədə məqbul olduğu hiss edilsə, demək olar ki, 2015-ci il parlament seçkilərində kimsə nə isə bir yer ala bilər.
 
- Yeri gəlmişkən, Azərbaycan müxalifətində illərdir ki, davam edən şəxsi intriqaları görməmək mümkün deyil. Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasındakı intriqa göz önündədir. Bu sıraya artıq Rüstəm İbrahimbəyovla Eldar Namazov da daxil olmaqdadır. Cəmil Həsənli də bir zaman Eldar Namazovla intriqa ilə gündəmdə oldu. Bir-biri ilə danışmır, mətbuatda bəzi mesajlar verirlər. Niyə müxalifətdəki intriqalar aradan qalxmır, bu tendensiya dayanmır?
 
-  Azərbaycan siyasətində nə keçmişdə, nə bu gün, nə də gələcəkdə rolu olmayan zəif adamların hamısının ürəyindən allahlıq iddiası keçir. “Ana müxalifət mənəm!” və s. Yəni fantastik ideyanın əsasında bir-biri ilə vuruşur, bir-birləri ilə yola getmirlər. Onların ya vuruşmasının, ya birləşməsinin Azərbaycan xalqı üçün nə fərqi var? Rüstəm İbrahimbəyovun isə kimdənsə küsəcəyini fikirləşmirəm. Eldar Namazov da ciddi adamdır. Cəmil Həsənli isə sözün əsl mənasında tam piyada adamdır. Cəmil Həsənlinin fonunda istər İsa Qəmbər, istər Əli Kərimli, istər digər bəylər əməlli güclü şəxsiyyət kimi görünürlər. Ola bilər ki, Cəmil Həsənli yaxşı adamdır, yaxşı söhbət edir, ona görə də Rüstəm İbrahimbəyovun ondan xoşu gəlir. Ola bilər ki, Rüstəm İbrahimbəyov Eldar Namazovun onunla nə isə bir iş görmək istəmədiyini görür, ona görə də bir-birlərindən narazı olsunlar. Ancaq bir-birlərindən küsəcəklərini düşünmürəm.      
 
- 2015-ci il parlament seçkilərindən öncə Azərbaycan müxalifətində hansı koalisiyalar formalaşa bilər?
 
- Artıq bu barədə danışmaq ayıbdır, bu barədə danışmaqdan sözün əsl mənasında xəcalət çəkirəm. Bu partiyalar hər seçkidən əvvəl birləşib, hər seçkidən sonra da dağılıblar. Hər seçki vaxtı da, seçkidən sonra da tamamilə real bir iş ortaya qoya bilməyiblər. Hər seçkidən sonra da bu müxalifətdəki partiyaların rəhbərlərinin özlərinin qəhrəman olduqlarını bəyan ediblər. Ancaq bu müxalifətdəki partiyaların rəhbərlərinin hər seçkidən sonra özlərini qəhrəman hesab etdiklərini başa düşmürəm. Deyirlər ki, əgər hökumət seçkiləri saxtalaşdırmasaydı, udacaqdım. Bu nə boş-boş danışıqdır?! Hökumət saxtalaşdırır, sən də uduzursan, o halda çəkil, qıraqda dur! Sən müxalifətsən, gücün varsa, hökuməti də buna yol verməyə qoymazsan. Əgər buna imkan verirsənsə, gərək səsini kəsəsən, danışmayasan. Bu sözü bir seçkidə, iki seçkidə deyə bilərsən, səkkiz seçkidə bu sözü mütəmadi demək olmaz, adam bir xəcalət çəkməlidir. İndi də doqquzuncu seçki olacaq. 
 
- Yeri gəlmişkən, may ayında Müsavat Partiyasının qurultayı gözlənilir. İsa Qəmbər də bu dəfə namizədliyini verməyəcəyini bəyan edib. Sizin gözləntiniz necədir?
 

 

- Hələ görək Müsavat Partiyası qurultay keçirəcək, ya yox. Neçə illərdir, Müsavat Partiyası hər il elan edir ki, qurultay keçirəcək. Mənə elə gəlir ki, mən anadan olandan Müsavat Partiyasının qurultay keçirəcəyini eşidirəm. Əgər qurultay keçiriləcəksə, İsa Qəmbər namizədliyini irəli sürməyəcəksə, həmin Müsavat Partiyasından kimsə gəlib partiyanın başqanı olacaq. Əgər o şəxs İsa Qəmbərin ətrafında olan, bizim hamımızın tanıdığımız, eşitdiyimiz adamlardan biri olacaqsa, hər şey aydındır. O Müsavat Partiyasının nə keçmişi olub, nə bu günü var, nə də bu halda gələcəyi olacaq. Əgər qurultayda təsadüfən heç kəsin tanımadığı, yüksək intellektə, mübariz strategiyaya malik biri başqan seçilsə, o halda nəyəsə ümid etmək olar. Ancaq bu dəfə də qurultay üçün tutaq ki, Respublika Sarayını istəyə və hökumət də bu sarayı vermədiyi üçün qurultayı keçirməyə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam