Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Həsənov Xədicə İsmayıl haqda danışdı

Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsinin Azərbaycan siyasətinə aidiyyatı yoxdur.

Xeberinfo.com:   Bunu Mirşahinə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovbildirib. Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil.

“Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyətlə fəaliyyət göstərirlər. Ölkədə 3 500 yaşlı əhalini və bir o qədər də gəcləri təmsil edən qeyri-hökümət təşkilatları, o cümlədən hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə, həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil.”

Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib: “Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları, böyük humanistlik nümayiş etdirərək əhv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz.”

Anspress.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam