Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu, Azərbaycan xarici siyasətinin əsasını təşkil edir”

trend_elmar_mammadyarov_070416_2

 

“Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Azərbaycan hazırda Avropaya təbii qaz tədarükünün diversifikasiyasında əhəmiyyətli rol oynayacaq Cənub qaz dəhlizi üçün enerji resurslarının təchizatını həyata keçirən yeganə ölkədir”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Business Year 2016″ jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, iki mühüm layihə – Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) hazırda gələcəkdə Avropanın qaz tələbatının 20%-ə qədərini ödəmək üçün potensialı olan Cənub qaz dəhlizi çərçivəsində reallaşdırılır.
“Enerji infrastruktur layihələri Azərbaycanın yaxın tərəfdaşları ilə əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib, Türkiyə və Gürcüstanla regional əməkdaşlığı artırıb”, – deyə XİN başçısı bildirib.
O, Azərbaycanın həmçinin, məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi və yeni Bakı beynəlxalq dəniz limanı kimi nəqliyyat infrastrukturu layihələrinə sərmayələr yatırılması hesabına əhəmiyyətli transkontinental nəqliyyat dəhlizlərinin təşviqində fəal iştirak etdiyini diqqətə çatdırıb.
“BTQ dəmir yolu xətti Cənubi Qafqazın Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqe tutmasına doğru daha bir addım olacaq”, – deyə E.Məmmədyarov vurğulayıb.
“Azərbaycan yalnız özünün yox, həm də bütün regionun inkişafına yönəlmiş bütün potensial layihələrdə təşəbbüs göstərmək və dəstək nümayiş etdirməklə tərəfdaş ölkələr arasında bərabər və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində daim fəaldır”, – deyə XİN başçısı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam