Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

"Oqtay Əsədova rəğmən şoka düşdüm" - VİDEO

96436

Müstəqilliyimizin qorunub saxlanması üçün gücümüz həlledici faktordur. Amma bu heç də həmişə hamının ürəyindən olmur. Bu saat Azərbaycan dövləti öz müstəqil siyasətinin bahasını verir. Birləşmiş Ştatlardan Azərbaycana demək olar ki, sanksiya xəbərdalığı gəlib. Özümüzə əsla cırtdan demək istəmirəm, inanın. Amma bir tərəfdə it hürür, o biri tərəfdə divin qırmızı işığı. Hara gedək, it hürən tərəfə yoxsa, qırmızı işığa?

Xeberinfo.com:   Sual aktualdır biz araşdırmaçı-jurnalist Eynulla Fətullayev ilə onun son zamanlar xüsusilə emosianallıqla toxunduğu bir mövzunu müzakirə edəcəyik. Məhz Birləşmiş Ştatlardan bizə boy verən bu sanksiyalara.

– Mənə elə gəlir yoxsa, doğurdan siz daha çox emosianalsız nəinki Azərbaycan hakimiyyəti. Onlar soyuqqanlıdır, hətta onlar şok keçirməyə belə əsas görmürlər, vəziyyətin son dərəcə normal olduğunu təqdim etməyə çalışırlar. Amma sizin araşdırmalarınızdan mən belə başa düşdüm ki, vəziyyət çox kritikdir. Hətta o dərəcədə kritikdir ki, adama elə gəlir ki, artıq gecdir, iş-işdən keçib.

– Vəziyyət dramatik deyil, amma kritikdir. Hakimiyyətin soyuqanlılığına qaldıqda isə, hakimiyyət əslində bütün siyasi qərarları məhz soyuqanlıqla verməlidir. İlk öncə sənəddən başlayaq. Bu demokratiya haqqında aktıdır. Bu – “Azərbaycan Demokratiya aktı” gizli səsvermə yolu ilə Amerika Birləşmiş Ştatları yanında məhşur Helsinki Komissiyasında qəbul olunub. Bu təşəbbüs deyil. Bəziləri təqdim edir ki, bu sanki hansısa, bir konqresmenin təşəbbüsüdür və yaxud bu sanksiyalar çağrışdır. Xeyir. Bu qanunverici aktdır, konqresmenlər tərəfindən hazırlanıb və Helsinki Komissiyasına səsverməyə qoyulub, nəticədə gizli səsvermə yolu ilə akt qəbul olunub. Helsinki Komissiyasına kim daxildir. Bu komissiyaya 9 senator, 9 konqresmen Dövlət Departamentinin bir nümyaəndəsi. Eyni zamanda Pentaqonun bir nümayəndəsi daxildirlər. Biz əlbəttə ki, bilmirik Dövlət Departamenti və yaxud Pentaqon bu sənədin lehinə, əleyhinə səs verib və yaxud birtərəf qalıb. Çünki, səsvermə qapalı keçirilib. Amma məsələ ondan ibarətdir ki, sənəd Helsinki Komissiyasında qəbul olunub. Artıq Konqresin gündəliyinə salınıb. Və fevral ayının ilk yarısında bu sənədlə bağlı konqresin aşağı palatasında səsvermə keçiriləcək. Məhz ona görə də biz həyacan təbiri çaldıq. Vaşınqton və Londondankı həmkarlarım bu sənəd haqqında məni məlumatlandırdılar. Konqresin saytına daxil olub həmin sənədi oxudum. Və sizə açıq deyirəm Oqtay Əsədova rəğmən şoka düşdüm. Çünki, indiyə qədər heç bir dövlətlə bağlı bu qədər sərt, eyni zamanda konkret və məncə total sanksiya haqqında qanunverici akt belə Amerika Birləşmiş Ştatların Konqresində qanunverici orqanın hər iki palatasında müzakirə olunmamaışdır. Hətta müzakirəyə belə çıxarılmamışdır.

– Konkret olaraq nələr ola bilər?

– İlk növbədə viza ilə bağlı qadağa və bu qadağa dövlət başçısından tutmuş, nazirlərə qədər, onların ailə üzvüləri, Prezident Administrasiyasını bütün əməkdaşları, Təhlükəsizlik orqanlarının bütün əməkdaşları, bütün hakimlər. Yəni bu bütün dövlət aparatına və onların ailə üzvülərinə şamil olunur. Ona görə də biz həyacan təbiri çalmışıq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam