Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Nardaranda baş verən hadisələr Azərbaycana heç yaraşmırdı"

"Nardaran qəsəbəsində baş verən hadisələr hamını, o cümlədən din xadimlərini narahat edir".

Xeberinfo.com:   Məlumata görə, bunu "Report"a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli bildirib.

O, belə hadisələrin baş verməsindən təəssüfləndiyini bildirib: "1990-cı illərin əvvəllərində qarışıqlıq yaşanmasına baxmayaraq, bu gün Azərbaycan ən sabit ölkələrdən biridir. Nardaranda baş verən hadisələr Azərbaycana heç yaraşmırdı".

S.Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi bir bəyanatla çıxış edərək Nardaran hadisələrini pislədiyini xatırladıb, hər iki tərəfdən ölənlərin olmasından təəssüfləndiyini söyləyib.

QMİ sədrinin müavini bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələrin olmasından təəssüfləndiyini bildirib: "Bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələr var. Mən ölkə adı çəkmək istəmirəm. Yeni ittifaq, yeni sazişlər, yeni gizli və aşkar müqavilələr, imzalar və s. bu gün Azərbaycan üçün böyük təhlükəyə xəbərdarlıqdır. Ona görə də Azərbaycan xalqı birləşməli və özünü itirməməlidir. İnşallah, belə də olacaq. Azərbaycan çox çətinliklərdən keçib. Bu gün Azərbaycan rəhbərliyi bu məsələlərdə çox qəti göstərişlər verib. Dövlətə uğurlar arzulayıram. Həqiqətən artıq Azərbaycan hakimiyyəti sınanmış hakimiyyətdir. Bu gün onun alternativi haqqında düşünmək Azərbaycan xalqına böyük xəyanətdir. İŞİD-in tərkibində vuruşan azərbaycanlıların bəzən "Ey Azərbaycan, ey Bakı, eşit, biz gələcəyik" kimi bəyanatları səslənir. Gəlin, həbsxanalar sizi gözləyir. Siz milləti təmsil edə bilməzsiniz. Suriyada oturub Azərbaycan haqqında fikir yürütməyə haqqınız yoxdur. Cəsarətiniz vardısa, gedib sözünüzü Dağlıq Qarabağda deyərdiniz".

Professor dünyada baş verən iğtişaşlara toxunub, həmçinin Türkiyədə baş verən hadisələri daim izlədiyini bildirib: "Biz Türkiyədə baş verən hadisələri daim izləmişik. Xeyli müddətdir ki, Türkiyədə bugünkü hakimiyyəti istəməyən müxalif qüvvələr və bundan da daha çox başqa dövlətlərin kəşfiyyat orqanlarının təsiri altında hərəkət edən ayrı-ayrı etnik qruplar ölkənin bütün şəhərlərində polis idarələrinə hücumlar edir və dağıntılar törədirlər. Biz bütün bunları ürək ağrısı ilə izləyirdik. Bir neçə il öncə Liviya, Misir, Tunis, İraqda hadisələr baş verdi. İraqda bu hadisələrin tarixi artıq 12-13 ilə keçir. Bu qədər illərdir ki, orada hər gün ölüm var. Bir növ yiyəsizliyin ucbatından xarici qüvvələr İraqda İraq xalqına qarşı böyük zülmlər törədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam