Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

MTN generalına ayda 1 milyon dollar xərac verən nazir iddiası

 

Bu günlərdə Nəqliyyat naziri Ziya Məmmədov medianın barəsində ən çox yazdığı məmurlardan biridir.

Son olaraq bölgələrdəki görüşlərdən birində jurnalistlərə “bəs deyirdiz ki, mən qaçmışam” deyə atmaca atan nazirə medianın həmin vaxt adekvat suallar verə bilməməsi də müzakirə mövzusudur. 

"Xeberinfo.com":  Məlumata görə, "Yeni Müsavat" Z.Məmmədovla birbaşa ünsiyyət yarada bilməsə də, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova bəzi suallar ünvanlayıb. 

- Bildiyimiz qədər nazir Ziya Məmmədov artıq işə çıxır. Nəqliyyat Nazirliyinin əlindən bəzi səlahiyyətlərinin alınması onun iş qrafikinə necə təsir edib?

 

- İş yükü çoxalıb. Həddən artıq iş var. Təsəvvür edin ki, iş qrafiki o qədər gərgindir ki, heç mən özüm də cənab nazirin qəbuluna düşə bilmirəm. Ancaq telefonla danışırıq.

 

- Bəzi səlahiyyətlər nazirlikdən alınıbsa, iş yükü də azalmalı deyilmi?

 

- Yox, təkcə səlahiyyət məsələsi deyil ki. Bilirsinizmi bizim nə qədər işlərimiz var? Nazirliyin öz işləri, bütün şöbələrlə iş aparmaq bir yana, Dövlət Avtomobil Nəqliyyatı, “Azəryol”, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı o qədər işlər var ki... İnanın, bəzən qəbullar olur, vətəndaşlarla bağlı, bölgələrdə qəbullar... Qrafik həddən artıq gərgindir.

 

- Belə çıxır ki, hətta səlahiyyətlərdən bəzilərinin alınmasına görə sevinmək də olar...

 

- Doğrudan da bizim səlahiyyətlərin bəzilərinin ASAN Xidmətə verilməsi çox gözəl addım oldu. Mən nazirliyin adından da cənab prezidentə öz təşəkkürümü bildirirəm ki, bizim işimiz xeyli yüngülləşdi. Həm şəffaflıq artdı, həm işlərimiz azaldı. Ölkədə gedən islahatların tərkib hissəsi kimi bu edildi və çox yaxşı addımdır.

 

- Bəs Ziya Məmmədov özü bu səlahiyyətlərin alınması ilə bağlı nə deyir?

 

- Mən elə sizə cənab nazirin fikirlərini çatdırıram. O deyir ki, bu, çox yaxşı oldu ki, müəyyən səlahiyyətlər ASAN Xidmətə verildi. Sürücülər tərəfindən müəyyən narazılıqlar vardı. O da cənab prezidentin bu addımını dəstəkləyir.

 

- Bəs avtovağzaldakı sürüşmə, bunun mətbuatda geniş ajiotaj yaratması... Bütün bunlar, sizcə, təsadüf idi?

 

- Mətbuat baş verənləri çox şişirtdi. O cümlədən də avtovağzalla bağlı məsələni. Bu məsələyə də aydınlıq gətirim ki, orda artıq sürüşmə prosesi dayanıb. Sadəcə olaraq, bizim nazir haqqında həddən artıq yazılırdı deyə harada bir hərəkət, vağzal sözü vardısa, gətirib onu cənab nazirin adına bağlayırdılar. Ona görə də bunu ədalətsizlik, insafsızlıq olaraq qiymətləndirirəm. İndi bu sürüşmə çox yerdə gedir. Azərbaycanın dağlıq rayonlarında, müəyyən ərazilərdə sürüşmənin olması təbii hadisədir. Bakı Avtovağzalı ərazisində də sürüşmə oldu, bunu böyütdülər. Çox yaxşı oldu ki, bu sürüşmə prosesi də dayandı, mətbuatın bu mövzularda qeyri-dəqiq informasiyaları yazması da. Mətbuata cənab nazir çox gözəl cavab verdi ki, “bəs yazırdınız ki, qaçmışam?” Həqiqətən də yazırdılar. Mən də deyirdim ki, bu yazan adam qoy bir dəfə zəng eləsin, məndən soruşsun. Nazir burda yox idi, mən ölkədə idim axı, məndən soruşaydılar ki, hardadır. Amma soruşmurdular və qeyri-peşəkar yazılar artırdı mediada. Mən ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəmsə, məndən “sənin nazirin hardadır” deyə bir soruşun. Bunu etmirdilər, bu da istər-istəməz adamda qıcıq yaradırdı. Axı bu, jurnalistika deyil, jurnalistikanın prinsiplərinə ziddir. Yaxşı oldu ki, özü gəldi və mediaya da öz sözünü bir cümlə ilə dedi.

 

- Elə söhbət də ondan gedir ki, cəmi bir cümlə ilə münasibət bildirdi. Ötən müsahibənizdə demişdiniz ki, nazir mətbuat konfransı keçirə bilər. Gözlənilmirmi?

 

- Bəli, demişdim. Amma o barədə müzakirə apara bilməmişəm. Çünki gələndən sonra nazirlikdə xeyli toplantılar oldu. Bu həftə də bir böyük toplantımız oldu. Yəqin ki, bugünlərdə özü ilə danışacam.

 

- Ziya Məmmədovun qohumlarının işdən çıxarılması məsələsi nə dərəcədə həqiqətə uyğundur?

 

- Müəyyən adamlar var ki, işdən uzaqlaşdırılıblar. Bizim nazirin bir prinsipi var: kimliyindən asılı olmayaraq, kiminsə işində qüsur varsa, sistemdən uzaqlaşdırılır. İstər qohum olsun, istər gözünün işığı olsun, işində nöqsana yol verirsə, cənab nazir onun kimliyinə, soyadına baxmır. Günlərin bir günü mən də səhvə yol versəm, mən də çıxıb gedəcəm. Nazir səhvləri bağışlamır. Qohumların hər biri də öz sahəsində bişmiş, təcrübəli adamlar idi. Amma cənab nazir məsləhət görüb ki, onlar başqa sahədə çalışsınlar.

 

- Mətbuatda yayılan xəbərlərdən biri də Ziya Məmmədovun hər ay Milli Təhlükəsizlik Nazirliyinə 1 milyon dollar məbləğində xərac verməsidir...

 

- Bu, gülünc söhbətdir. Bunu yazan jurnalist pulu harda sayıb, necə görüb? Ziya müəllim haqda yazılan yüz yalandan biri də budur.

 

- General Akif Çovdarovu Nəqliyyat Nazirliyinin binasında görmüsüzmü heç? Ora gəlib-gedənlərdən olubmu?

 

- O adamın şəklini bu yaxınlarda mətbuatda görmüşəm. Onu da görəndən sonra tanımışam. Şəkil bir az uzaqdan çəkildiyi üçün heç üzü də aydın görünmür. Mən yenə də deyirəm, son proseslərdə bəzi jurnalistlərin davranışı, qeyri-peşəkarlığı çox aydın göründü. Mən o yazıları oxuyanda o qədər təəssüf hissi keçirdim ki. Bəli, filankəsin işdən çıxarılması faktdır. Cənab prezident fərman verib və işdən azad edib. Bunun haqqında yazmaq olar. Amma Ziya müəllimi 13 ildə 130 dəfə işdən çıxarıb, qoyublar.

 

- Sadəcə, məmurlar jurnalistlər üçün çatımlı deyillər. Medianın birbaşa nazirlə ünsiyyət, dialoq, söz soruşmaq imkanı olsa, onun özündən açıqlama almaq daha məqsədəuyğun olar.

 

- Nazirlə əlaqə yarada bilmirlərsə, mən burdayam, oturmuşam. Bax, məsələn, sizin qəzet mənə zəng vurub, mövqe soruşur, müsahibə alır və mən də məmnuniyyətlə sualları cavablandırıram. Mənim sizə ona görə hörmətim var ki, siz deyilənləri olduğu kimi yazırsız. O biri saytlar da sizdən köçürüb, bu müsahibəni verirlər. Nəticədə düzgün informasiya bütün mediaya yayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam