Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ziya Məmmədov səfir göndərilə bilər

Ziya Məmmədov səfir göndərilə bilər

 

Hakimiyyətin etimadını doğrulda bilməyən nəqliyyat naziri yaxın vaxtlarda işdən çıxarılacaq

Xeberinfo.com:   «Formula 1» yarışlarından sonra hakimiyyətin aparacağı kadr siyasətinin bəzi detalları açıqlanıb. Politika.Az-a verilən məlumata görə, iqtidar mənsublarının hazırladıqları yeni islahat paketində bir çox icra başçıları ilə yanaşı, iri çinli məmurların da adları var.

Həmin məlumatlara görə, işdən çıxarılması nəzərdə tutulan məmurlardan biri də nəqliyyat naziri Ziya Məmmədov olacaq. Məmmədovun bu siyahıda ilklər sırasında olmasının səbəbi isə onun artıq hakimiyyətin etimadını tamamilə itirməsidir. Belə ki, bir il bundan əvvələ qədər iqtidar mənsubları arasında mühüm mövqeyə malik olan nəqliyyat naziri gözlənilmədən eniş nöqtəsinə doğru irəliləmişdi. Onun faktiki vəziyyətə düşməsi, bütün səlahiyyətlərinin əlindən alınması isə oğlunun bəzi hərəkətləri olub. 

Məlumata görə, Anar Məmmədov bir xeyli müddət ABŞ-la münasibətlərin qurulması üçün addımlar atıb. Onun Azərbaycan hakimiyyəti ilə ABŞ siyasətçiləri arasında qurmaq istədiyi körpünün sonradan yanlış istiqamətdə «t ikildiyi» üzə çıxmışdı. Belə ki, Anar Məmmədov həmin vaxt dünya siyasətini idarə edən senatorlarla birlikdə şam etməsi və bir neçə dəfə böyük hesablı ziyafətlər təşkil etməsinin arxasında dayanan maraqlar üzə çıxmışdı. Məlum olmuşdu ki, bu «kluba» üzv olanlar ümumiyyətlə, ölkələri idarə etmək iddiasında olanlardır. Və Ziya Məmmədovun oğlunun da həmin klubda peyda olması şübhəsiz rəsmi Bakını narahat etməyə başlayıb. Bundan sonra nəqliyyat nazirinin əksər səlahiyyətləri və var-dövləti əlindən alındı. Özünü isə sıradan bir məmur olaraq, heç bir səlahiyyəti olmayan nazirliyin başında qalmasına icazə verildi. 

Məlumata görə, həmin müddətdən bəri hakimiyyətin etimadını doğrultmağa çalışan Məmmədovun cəhdləri baş tutmayıb. Hətta oğlunun atdığı bir çox addımlar da faydasız olub. İş o yerə çatıb ki, Anar Məmmədov hazırda ABŞ prezidentliyinə namizəd Donal Trampı belə Bakıya gətirməyə hazır olduğunu və Amerika ilə münasibətləri qura biləcəyini deməsinin də faydası olmayıb. 

Son məlumatlara görə, iyunun 15-dən sonra başlayacaq işdən çıxarma prosesində ilk olaraq Ziya Məmmədov vəzifəsini itirəcək. Onun bundan sonra hansı posta təyinat alacağı məlum deyil. Bəzi ehtimallara görə, iqtidar mənsubları ona uzaq ölkələrdən birinə səfir göndərməyi planlaşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam