Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“2 il sonrakı yoxlamalara hazır olmalıyıq”

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 illik dayandırılması ilə bağlı fərman verib. 

Prezident məsələ ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsi Milli Məclisin son plenar iclasında səsə qoyularaq qəbul edilib.

İqtisadçılar yoxlamaların dayandırılmasının sahibkarlığın inkişafına müsbət təsir edəcəyini proqnozlaşdırırlar. 

"Xeberinfo.com":   Məlumata görə, AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı “Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli ilə söhbətləşib. 

- İbrahim müəllim, sizə məxsus obyektlərdə də bu cür yoxlamalar aparılırdı?
- Xeyr. Bizdə o cür yoxlamalar aparılmırdı. Bu tip yoxlamalar adətən balaca biznes sahələrində aparılırdı. Bizdə isə yoxlamalar əsasən vergi sahələri üzrə aparılır. Biz bu sahədə aparılan yoxlamalarda elə də incidilmirdik. Çünki qarşılıqlı şəkildə işləyirik. Vergiləri vaxtı vaxtında ödəyirik. Demək olar ki, bizdə illər ərzində heç bir yoxlama olmayıb. 

- Bir iş adamı olaraq bu qanunun qəbul olunmasını necə qiymətləndirsiniz?
- Son zamanlar yoxlamaların sayının artması, şikayətçilərin çoxalması görünür prezident İlham Əliyevi qəzəbləndirib. Çünki prezident ölkədə insanların qurumların və məmurların işindən şikayətçi olmasını istəmir. Prezident iş adamlarının incidilməsini istəmir. Ona görə də bu, yerində verilmiş qərardır. Yoxlamaların 2 illik dayandırılması və lisenziyaların verilməsinin asanlaşdırılması rüşvətxorluğun aradan qaldırılması üçün çox mühüm qərardır. Bu, hamımız tərəfindən alqışlanır. Düşünürəm ki, biznes mühitinin yaxşılaşması üçün çox önəmli bir qərardır. Yaxşı olardı ki, vergilərin də yoxlamaları 2 illik dayandırılardı.

- Qəbul edilən qanun sizcə, gələcəkdə sahibkarlığa necə təsir edəcək? 
- İstənilən qanun qəbul edilirsə, bu, sahibkarlığın inkişafı üçün edilir. Əlbəttə ki, belə bir qanunun qəbul olunması sahibkarlıq sahəsinə müsbət təsir edəcək. 

- Yoxlamaların aparılması sahibkarların işinə nə kimi mənfi təsir göstərirdi? 
- İstənilən bir yoxlama sahibkarın iş fəaliyyətini zəiflədir. Məhkəmələri misal olaraq qeyd edə bilərəm. Çünki vergilər tərəfindən bəzən qeyri-qanuni yoxlamalarla bağlı iddialar qaldırılır. Məhkəmələrə düşürük. Süründürməçiliklə həmin məhkəmələr illərlə uzanır. Bu müddətdə bizim həm vaxtımız gedir, həm də əsəblərimiz korlanır. Bu da işimizə pis təsir göstərir. İstənilən neqativ hallar işimizə mənfi göstərir. 

- Yoxlamalar 2 il müddətinə dayandırılır. Bu müddət ərzində sahibkarlıqda nələr dəyişəcək?
- İlk növbədə insanlar incidilməyəcək, özlərini güvənli hesab edəcək və 2 il rahat nəfəs alacaqlar. Daha sonra bu 2 il ərzində bütün nöqsanlarını aradan qaldırıb özlərini növbəti yoxlamalara hazırlayacaqlar. Hər halda iş mühiti yaxşılaşacaq. İnsanlar güvənli şəkildə işləyəcəklər. Amma yoxlamanın olmamağı o demək deyil ki, bütün məsuliyyətdən yaxa qurtarmaq lazımdır. Əksinə, biz bundan ibrət dərsi götürüb bilməliyik ki, 2 il yoxlama yoxdursa, biz daha yaxşı işləmliyik. Elə etməliyik ki, işlərimiz daha düzənə düşsün. Çünki 2 ildən sonra olan yoxlamalara hazır olmalıyıq, verilən vaxtdan düzgün istifadə etməliyik. 

- İbrahim müəllim hansı yeni lahiyələr üzərində işləyirsiniz? 
- Hazırda yalnız bir “Xəzər adaları” layihəsi üzərində iş gedir. Biz bu layihə ilə bağlı Çinin iş admalarıyla müqavilə bağlamışıq. Hazırda bütün işçilərim bu işə görə Pekindədir. Danışıqlar davam edir. Bu ayın sonuna kimi bir nəticə olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam