Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"İŞİD məhv edildikdən sonra bölgədə təhlükəsiz zona yaradılacaq"

 

"Türkiyənin daim öldürən terror təşkilatlardan canını qurtarması vacibdir. Suriyada Əsəddən başqa bütün qüvvələri birləşdirmək lazımdır. Ona görə də heç kimi kənarda qoymaq olmaz". 

 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk"ə müsahibəsində bildirib.

M. Çavuşoğlu bildirib ki, hələlik PYD-ni (Demokratik Birlik Partiyası - PKK-nın Suriya qanadı) hədəf alacaq hər hansı bir əməliyyat həyata keçirliməyəcək: `Ancaq, bu addımımız PYD-nin etdiklərinə səssiz qalacağımız mənasına gəlmir. PYD İŞİD-ə qarşı vuruşduğu üçün dəstək verildi. Ancaq PYD Suriyada sülh üçün mübarizə aparan silahlı birləşmə deyil`.

Türkiyə XİN rəhbəri deyib ki, İŞİD məhv edildikdən sonra bölgədə təhlükəsiz zona yaradılacaq: `Biz bu zonanı yaratdıqdan sonra hamının uyğun bildiyi mülayim siyasət yürüdən müxalifət qüvvələrinin yerləşdirilməsini istəyirik. Bu təkcə Türkiyənin yox, Suriyanın da gələcəyini və sabitliyini istəyən bütün qüvvələrin xahişidir. Zonanın təhlükəsizliyi mülayim siyasət yürüdən müxalifət qüvvələri tərəfindən qorunacaq`. 

`Biz nə İŞİD-in, nə də PYD-nin burada olmasını istəyirik. Belə bir vəziyyət oranı təhlükəsiz bölgə olması vəziyyətindən çıxaracaq. Müttəfiqmiz və dostumuz ABŞ-la yalnız bu nöqtədə anlaşmırıq. Başqa məsələlərlə bağlı heç bir fikir ayrılığımız yoxdur`. – M. Çavuşoğlu bildirib. 

`İncirlik hərbi hava bazası üzərindən dünən qalxan ABŞ F-16 döyüş təyyarələri İŞİD-ə aid hədəflərə qarşı hər hansı bir əməliyyat aparmayıb. Həyata keçirilən uçuşlar kəşfiyyat xarakteri daşıyır`. – deyə M. Çavuşoğlu ABŞ tərəfinin İŞİD-ə qarşı əməliyyat apardığına dair xəbəri təkzib edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam