Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Rusiya PKK-ya dəstək verir?

download

Rusiya Türkiyənin hava məkanını pozan Su 24 hərbi təyyarəsinin vurulmasının ardından PKK-nın Suriya qolu olan PYD-yə Hələbin şimalında Türkiyə sərhədində etibarlı bölgə elan edilməsi planlanan və Türkiyənin qırmızı xətti elan edilən Azez-Cerablus xəttində irəliləməsi üçün sıx hava dəstəyi təmin etməyə başlayıb.

Xeberinfo.com:   Türkiyə mediasına istinadən xəbərə görə, PYD hazırda nəzarət etdiyi Afrin və Kobanini birləşdirmək üçün Rusiya çətiri altında iki istiqamətdən hərəkətə keçib. Bir tərəfdən 5 gündür müxaliflərin Azezdəki cəbhə xətlərinə hücum edən PYD, digər tərəfdən Firatın qərbinə keçə bilmək üçün Cerablusda İraq-Şam İslam Dövləti (İŞİD) ilə vuruşur.
Afrinin şərqində, Hələbin şimalında olan və müxaliflərin nəzarətindəki Deyr Cemal Meryemeyn, Malikiyə və Ziyara diyarları 5 gündür havadan Rusiya döyüş təyyarələrinin, qurudan isə PYD-nin hərbi gücü YPG-nin liderliyindəki Suriya Demokratik Güclərinin hücumuna məruz qalır.
Rusiya hərbi təyyarələri, 5 gündə iki dəfə Azez mahalında olan Babus Selama sərhəd qapısına gedən və insani kömək üçün istifadə edilən yoldakı TIR-lara hava hücumları təşkil edib, insan itkiləri yaşanarkən, yardım aparan TIR-lara da ziyan dəyib.
YPG qüvvələri 3 gündür Rusiyanın havadan dəstəyi ilə İŞİD-in nəzarətində olan Firatın qərbindəki Cerablusa irəliləmək cəhdinə də dəstək verir. Yerli mənbələr Cerablus ilə Mümbiç arasındakı bölgənin 3 gündə 15 dəfə Rusiyanın bombardmanı altında qaldığını bildirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam