Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakıda şortik geyinən kişilərin qıçasına “kislota” tökmək lazımdır"

 

Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub demək lazımdır ki, “Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən?”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Oxu.Az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən deyib.

Hafiz Hacıyev bildirib ki, o, şortik geyinən kişilərə pis baxır: 

“Artıq Azərbaycan xalqı bəzi adət-ənənələrini itirib. Avropada mənfi məqamlar görən kimi gəlib ölkəmizdə bunu tətbiq etmək istəyirik. Artıq artistlərimizin bir hissəsi bu milləti pozdu.  Azərbaycan televiziyaları isə əxlaqsızlığı yaymaqda bir nömrəli rol oynadılar. Nə qədər açıq-saçıq geyinən varsa onların hamısını nümayiş etdirdilər. Bunları görən bəzi oğlanlar bədənlərini nümayiş etdirməyə başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”. 

Partiya sədri şortikli kişilərlə mübarizə yolunu ictimai qınaqda görür:

“Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına kislota tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin. 

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Novxanıda yerləşən məşhur restoranlarda “şortik qadağası” qoyulub. Bu məsələ ictimaiyyət tərəfindən geniş müzakirəyə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam