Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur”

 

“Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Modern.az saytına Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib.

O, Bakıya gələ bilməməsinin səbəbini belə açıqlayıb.

“Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır”.

Azərbaycandakı siyasi prosesləri izlədiyini deyən İbrahimbəyov tez-tez əlaqə saxladığı şəxsin adını da açıqlayıb. “Azərbaycandakı siyasi prosesləri də izləyirəm. Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gəlir ki, “Talana son!” mitinqi çox əla mitinq olacaq. Bakıda olsaydım, mütləq ayın 5-də keçiriləcək mitinqdə iştirak edərdim. Milli Şuranın sədri Cəmil Həsənli ilə tez-tez əlaqə saxlayıram”.

“Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı” sualına İbrahimbəyov belə cavab verib. “Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Amma mənə elə gəlir ki, bu seçkilərdə iştirak etmək lazımdır. Bəlkə, budəfəki seçkilərdə saxtalaşmanın səviyyəsi az oldu. Mənə elə gəlir ki, demokratik qüvvələr bu seçkilərə qarışsa, seçkilərə bir xeyri olar və ölkədə mühit də dəyişər”.

Kinorejissor yaradıcılığından da danışıb. “Burda film çəkilişləri də məşğul oluram. Fransa, Gürcüstan, Rusiya və İspaniya kino xadimləri ilə birgə film çəkirik. Ay yarımdan sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alınıb. Bu yaşımda belə, teatrda çox aktiv işləyirəm”.

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun bir müddət öncə siyasi proseslərdə adı daha çox hallanırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam