Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Rüstəm nə edəcəyini yaxşı bilir, uşaq deyil ki!”

 

“Bakıdayam, amma bir az xəstələnmişəm. Görünür, havaların dəyişkən keçməsi ilə bağlıdır”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az-a açıqlamasında xalq yazıçısı, Milli Məclisin sabiq deputatı, “Əsilzadələr məclisi”nin sədri Maqsud İbrahimbəyov deyib.

Maqsud İbrahimbəyov “Əsilzadələr məclisi”nin fəaliyyətinə toxunaraq, artıq köhnə üzvlərin olmadığını deyib.

““Əsilzadələr məclisi”nə daxil olmaq üçün yeni-yeni müraciətlər daxil olur və biz də üzv olmaq istəyənləri qəbul edirik. Təbii ki, məclisin köhnə üzvləri yavaş-yavaş dünyasını dəyişir. Kimsə bir yerdə axıra qədər qalmayacaq ki! Mənim də vaxtım çatanda bu dünya ilə vidalaşacam”.

Məclisin sədri manatın devalyasiyasından da danışıb.

“Manatın devalvasiyası bizim məclisə təsir etməyib. Hər bir iş qaydasındadır”.

“Qardaşınız Rüstəm İbrahimbəyovla telefon danışığınız zamanı Bakıya nə vaxt gələcəyi barədə soruşmusunuzmu” sualına Maqsud İbrahimbəyov belə cavab verib.

“Rüstəm İbrahimbəyovla son günlərdə telefon əlaqələrimiz olmayıb. Çünki Rüstəm Amerikadadır. Orada yaşayır. Həm də Rüstəmin 17 yaşı yoxdur ki, ondan Bakıya nə vaxt gələcəyini soruşum. Bunu Rüstəmin özündən soruşsanız daha yaxşı olar. Rüstəm nə edəcəyini daha yaxşı bilir. O, uşaq deyil ki!”.

Maqsud İbrahimbəyov bu ilin payızında keçiriləcək parlament seçkiləri haqqında bunları deyib.

“Bu ilin noyabrında parlament seçkiləri keçiriləcək. Təbii ki, mən də uzun müddət Milli Məclisin deputatı olmuşam. Amma indidən sizə seçkilərə qatılmağım barədə heç nə deməyəcəm. Siz yaxşısı budur, mənimlə oktyabrda əlaqə saxlayın! O zaman deputatlığa namizəd olduğumu biləcəksiniz. Çünki indidən bu barədə danışmaq çox tezdir”.

Qeyd edək ki, Maqsud İbrahimbəyov nasir, kinodramaturq, rejissor, AYB-nin üzvü, xalq yazıçısıdır. O, 1995-ci, 2000-ci və 2005-ci illərdə Milli Məclisin deputatı olub. Tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun ögey qardaşıdır. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam