Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Narkomanı bələdiyyə sədri seçmək istəyirdlər, qoymadım”

 

Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

"Xeberinfo.com":  Virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.

Saytımızın budəfəki qonağı 27 saylı Sabunçu II seçki dairəsindən millət vəkili seçilən Qalib Salahzadədir. YAP-çı deputat Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvüdür. Deputat həm də Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası kimi tanınır.

-Qalib müəllim, deputatlıq fəaliyyətinizi qısaca olaraq necə şərh edərdiniz? Öz işinizə necə qiymət verirsiniz?

-Fəaliyyətimi özüm qiymətləndirsəm, bu, doğru olmaz. Hər bir millət vəkilinin gördüyü işlər gərək seçicisi tərəfindən qiymətləndirilsin. Mən əlimdən gələn qədər fəaliyyət göstərməyə, işləməyə çalışmışam.

-Seçicilərinizlə görüşləriniz nə vaxt gəldi, yəni qrafiksiz, plansız olur, yoxsa görüş vaxtını yalnız siz müəyyən edirsiniz?

-Seçicilərimlə daim əlaqədəyəm. Həm telefonlarım açıqdır, həm də kəndlərə gedib seçicilərimlə görüşürəm. Köməkçim də ayda üç dəfə seçicilərimlə görüşür, ayda bir dəfə isə ayrı-ayrı kəndlərin məktəblərində görüşlər təşkil edir. Onların problemlərindən xəbər tutur, məni məlumatlandırır.

-Seçicilərinizin əsas problemi nədir? Nədən narazıdırlar?

-Ümumilikdə Bakı kəndlərində heç bir problem yoxdur. Bəzən kiçik problemlər olur, onlar da həll edilir. Qaz, işıq, su var. Heç bir problem yoxdur.

-Şəxsi problemləri ilə bağlı müraciət edən seçicilərinizə kömək edirsinizmi? Məsələn, iş istəyən, maddi imkansızlıqdan əziyyət çəkən seçicilərinizə...

-Açığı, mən millət vəkili olmamışdan da qabaq imkansız ailələrə, şəxslərə əlimdən gələn qədər kömək etmişəm. Bunu demək əslində düzgün deyil. Buna Bakı kəndlərində yaxşı baxmırlar. Kömək etdiyim adamların adını da heç vaxt açıqlamamışam.

-Problemi həll olunmadığı üçün sizdən narazı qalan seçiciləriniz olubmu?

-Elə bir problem yoxdur ki, onun həllinə nail olmayaq. Həll edə bilməsəm, deyərəm ki, bu məsələni həll edə bilməmişəm. Amma bu cür hal baş verməyib. Demirəm seçici gələ deyə mənə təyyarə al, mən də deyəm ki, təyyarə almağa pulummu var (gülür). Amma inanın ki, nə mənim seçicilərimdən, nə də seçicilərimin məndən şikayəti və narazılığı yoxdur. Şükürlər olsun ki, hər şey qaydasındadır.

-Seçicilərinizin problemlərinin həlli üçün icra hakimiyyəti ilə əlaqədə olmalısınız. Amma bir müddət əvvəl icra başçısı ilə münasibətlərinizdə problemlərin olması haqda xəbərlər yayılmışdı. İndi seçicilərinizin problemlərini həll edərkən icra hakimiyyəti ilə əməkdaşlıq edirsinizmi? Problem yaşamırsınız ki?

-İcra hakimiyyəti ilə heç bir problemim olmayıb. Lakin bələdiyyə seçkiləri zamanı kimlərsə bir narkomanı sədri seçdirmək istəyirdilər. Mən də bunun əleyhinə olmuşam. Bunun qarşısını almışam. Sonra aydınlaşdırıldı ki, mən haqlıyam, düz deyirəm. Həmin narkoman seçkiyə buraxılmadı. Problem sadəcə bu olub. Bəzi mətbuat orqanları bu məsələni şişirtdi. İcra başçısı ilə problemimiz ola bilməz, çünki ikimiz də dövlətə xidmət edən adamlarıq.

-Milli Məclisin iclaslarında həmişə iştirak edirsinizmi?

-Bəli. Bütün iclaslarda iştirak edirəm.

-İclaslarda daha çox hansı mövzuları gündəmə gətirməyə üstünlük verirsiniz?

-Milli Məclisdə əsasən seçicilərimin problemləri ilə bağlı çıxış edirəm. Öz seçki dairəmə aid olan məsələlərdən danışıram. Amma elə bir problem olmayıb ki, onun həllinə nail olmayım. Şəxsi münasibətlərimdən, əlaqələrimdən istifadə edib hansısa bir hörmətli nazirə, məmura zəng vurmuşam, vətəndaşların problemi ilə bağlı xahişlər etmişəm və bu məsələlər də həll olunub. Hazırda seçildiyim dairədə heç bir problem yoxdur.

-Allahşükür Paşazadə ilə qohum olmağınız bu cür problemlərin həllində sizə kömək edirmi? Yəni bunun bir üstünlüyü varmı?

-Mən Şeyxülislamla qohum olmamışdan əvvəl onunla dost olmuşam, indi də dostam. Mənim Şeyxdən ildə yalnız bir xahişim olur. Şeyxə yalnız həcc mövsümü başlayanda müraciət edirəm. Ondan imkansızların həccə göndərilməsində kömək etməyi xahiş edirəm. Başqa işlərlə bağlı Şeyxdən heç bir istəyim olmur.

-Vəzifənizdən, statusunuzdan istifadə edib qohumlarınıza, yaxınlarınıza iş düzəldirsinizmi?

-Qohum-əqrəbanın, tanış-bilişin vəzifədə olan şəxsdən nəsə xahiş etməsi, iş istəməsi Azərbaycanda adi haldır. Bizdə buna təbii baxırlar. Amma Bakı kəndlərində bu, bir az çətin məsələdir. Camaat gəlib belə bir xahiş etməyə utanar. Burada insanlar bir-birini tanıyır. Bakı kəndlərində insanlarda qürur, mənəmlik var. Bunu ayıb sayırlar. Mənə bu günə qədər belə müraciət edən olmayıb.

-Millət vəkili olaraq fəaliyyətinizdən başqa nə işlə məşğul olursunuz?

-Milli Məclisin iclası olanda gedib iştirak edirəm, seçicilərimlə görüşürəm. Olmayanda səhərlər bağa gedirəm. Bağlarım var. Əlavə heç bir işlə məşğul olmuram. Boş vaxt tapan kimi muğama da qulaq asıram.

-Bağlarınız deyəndə nəyi nəzərdə tutursunuz? Geniş təsərrüfatınız var?

-Yox. Sadəcə özümün uşaqlıqdan ağaclara, bitkilərə marağım var. Onlara baxmağı, qulluq etməyi sevirəm. Bir sözlə, kənd həyatı. Kənd həyatının vurğunuyam. 

-Şəxsi biznesinizi qurmaqla bağlı planınız olubmu? Övladlarınızın iş, biznes qurması üçün şərait yaratmısınızmı? Onlara kömək etmisinizmi?

-Biznes qurmaqla bağlı heç vaxt planım olmayıb. Övladlarımın da mənə ehtiyacı yoxdur. Onlar öz işlərini qurur. Onların mənə ehtiyacı yoxdur. Heç bir adam deyə bilməz ki, mən övladlarıma görə kiməsə ağız açım, nəsə xahiş edim.

-Övladlarınız nə işlə məşğuldur?

-Böyük oğlum elmlər namizədidir. İki universitet bitirib. 8 ildir Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiridir. Ümumiyyətlə, mən övladlarımın işinə qarışmıram.

-Sizin işə qayıdaq. Niyə parlamentin iclaslarında az çıxış edirsiniz?

-Hər kəs öz sahəsi ilə bağlı danışmalıdır. Mən öz seçilərimin mənafeyindən çıxış edirəm. Onların problemlərindən danışıram. Başqa sahədən danışmağa ehtiyac yoxdur.

-Deputatlar bəzən seçicilərinin problemlərini Milli Məclisin gündəminə çıxarmaqdan, tənqidi fikirlər səsləndirməkdən çəkinirlər. Sizcə, düz edirlər?

-Parlamentdə əlbəttə ki, seçicilərimin mənafeyini müdafiə etməliyəm. Amma parlamentdə elə küçədən eşitdiyin hər sözü də danışmaq olmaz. Gərək dəqiq bildiyin məsələlərdən, özü də düzgün danışasan. Doğru olan məsələlərdə seçicilərinin mənafeyini qoruyasan. Yadınızdadırsa, cənab prezidentimiz çıxışlarının birində dedi ki, “mən hər bir azərbaycanlının prezidentiyəm”. Bu da deputatlara böyük bir mesajdır ki, siz də seçildiyiniz dairədə öz seçicilərinizin mənafeyini müdafiə edin.

-Siz necə, edə bilirsiniz? Seçiciləriniz sizdən razıdır demək olarmı?

-Yox. Belə demək olmaz. Amma bilənlər yaxşı bilir, Bakı kəndlərində bir səhvə yol verdinsə, bu, 10 il sonra da bilinsə, sənə deyəcəklər ki, filan vaxt düz deməmisən. Seçicilərimin şikayəti olanda mütləq kömək edirəm. Həllini tapsa da, tapmasa da. Çünki o seçicimlə sabah üzbəüz gələ bilərəm. Bu zaman ona cavab verməliyəm.

-Növbəti parlament seçkilərində iştirak etmək barədə düşünürsünüzmü?

-Bu haqda hələ fikirləşməmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Əgər partiya məsləhət bilsə, iştirak edəcəyəm.

-Partiyanın istəyi və qərarı ayrı məsələ. Bəs siz özünüz necə, şəxsən iştirak etmək istəyirsinizmi? Yəni siyasətdən yorulmamısınız ki?

-Siyasətdən qaçmaq olmur. İndi uşaqlar da siyasətdən danışır. İstəsək də, istəməsək də hamımızın siyasətin içindəyik. İstər-istəməz bunu yaşayırıq və yaşayacağıq.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam