"Böyük layihələrim var. Böyük sərmayə tələb etdiyi üçün uzanır. Bunun üçün hətta Səudiyyə Ərəbistanına da gedəcəm".

Yenixeber.org:  Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Bağ mövsümü" verilişində deyib. Muğam ifaçısı "Sponsorunuz kimdir" sualına belə cavab verib:

"Məni maliyyələşdirən bircə varlıq var. O da Allahdır. Yerdə isə özüm. Toylara çağırırlar, pul verirlər. Mən də xalqın pulu ilə işlər görürəm"