Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nəsimi" baletinin premyerası olacaq

"Nəsimi" baletinin premyerası olacaq
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq.
Yenixeber.org:  Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. 
Məlum olduğu kimi, 2019-cu il Azərbaycan Respublikası Prezidentİlham Əliyevin sərəncamı ilə "Nəsimi ili" elan edilib. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet bu əlamətdar hadisəyə Opera və Balet Teatrı kollektivinin töhfəsidir. 
Tamaşa böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, "Zirvə", "Qızıl dərviş", "Humay" mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur. 
Tamaşada əsas rollarda Teatrın balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam