Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycan musiqisi Kaliforniya Senatında- Fotolar

Azərbaycan musiqisi Kaliforniya Senatında - Fotolar

ABŞ-ın Kaliforniya Ştat Senatının dəvətilə 4 sentyabr 2018-ci il tarixində Azərbaycan musiqiçilərinin iştirakı ilə Senatda geniş konsert proqramı keçirilib. Konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento Gənclər Simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib

Yenixeber.org: Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi, Kaliforniya Ştat Senatoru Riçard Panın və Kaliforniya paytaxtı Sakramentodakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya stat qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



Konsertdən öncə çıxış edən Kaliforniya Ştat Senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında keçirilməsindən çox məmnun olduğunu bildirib. Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. 



Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam