Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lütfi Zadənin nəşi Bakıya nə vaxt gətirilir? -Rəsmi

Yenixeber.org: Xəbər verildiyi kimi, sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. Qeyd edildiyi kimi, alimin Azərbaycanda dəfn olunması arzuna müvafiq olaraq, onun nəşi vətənə gətiriləcək.

Bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azərtac-a verilən məlumata görə, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir. Baş Konsulluqdan deyiblər ki, “Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır. Daşınma şirkəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat veriləcək“.

Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam