Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

13 yaşlı azərbaycanlı qızın məsələsi Almaniyada siyasi qalmaqala səbəb ola bilər

13 yaşlı azərbaycanlı qızın məsələsi Almaniyada siyasi qalmaqala səbəb ola bilər

 

 

13 yaşlı azərbaycanlı Ofeliya Quliyevanın zorla deportasiya edilməsi ilə bağlı məsələ Almaniyada siyasi qalmaqala səbəb ola bilər

 

Yenixeber.org: Belə bir xəbərdarlıqla Almaniyadakı təhsil qurumlarının və elm işçilərinin ən böyük həmkarlar ittifaqı (GEW) federal hökumətin ünvanına ittihamla çıxış edib və məktəblilərlə  tələbələrin deportasiyası təcrübəsinə son qoymağa çağırıb.

Bundan başqa, GEW-də şagirdlərin deportasiyası məsələlərində müəllimlərdən istifadəni yolverilməz hesab edirlər.

Həmkarlar İttifaqı öz müraciətində məktəblilərin deportasiyası ilə bağlı son illərdə Almaniyada hay-küyə səbəb olmuş üç hadisəni xatırladıb.

Onlardan biri Eritreyadan olan oğlanın əhvalatıdır, hansı ki, Yuxarı Pfalstda polis məktəbdən birbaşa dərs zamanı götürüb və  ölkədən deportasiya edib. İkincisi Lixtenfelsdə təhsil alan əfqanıstanlı oğlanın zorla deportasiya olunmasıdır.

Hesabatda Kulmbax şəhərində anası ilə birlikdə zorla deportasiya olunmuş Ofeliya Quliyevanın hay-küylü işinə xüsusi yer ayrılıb. Xatırladaq ki, polis əməkdaşları 13 yaşlı qızı və onun anasını gecəyarısı evdən götürərək bir neçə saat ərzində ölkədən deportasiya ediblər. 

“Almaniya hökuməti əsas kimi uşaqların zorakı deportasiyası təcrübəsini götürüb. Buna son qoymaq lazımdır”, - deyə GEW lideri Anton Zalsbrun jurnalistlərə bildirib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam