Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Qayğı görməyən uşağın beyni inkişafdan qalır- FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır

 

 

Texas Uşaq Xəstəxanasının psixiatrı Bruce Perrynin paylaşdığı görüntülər uşağın beyin inkişafında ətraf faktorların nə qədər təsirli olduğunu ortaya çıxarıb

 

Yenixeber.org: 3 yaşlı 2 ayrı uşağın beyninin rentgen görüntüləri uşaqlıqda qayğı və sevginin əhəmiyyətini ortaya qoyub.

Soldakı görüntü yaxşı qayğı göstərilən 3 yaşlı uşağın beynini göstərir. Sağdakı isə şiddətli duyğusal travma yaşayan və qayğı görməyən 3 yaşlı uşağın beynidir. Göründüyü kimi, soldakı beyin daha böyükdür.

Sağdakı beyinə sahib uşaq ciddi duyğusal yoxsulluq yaşadığı üçün beyni kifayət qədər inkişaf etməyib. Üzərində bulanıq izlər yaranıb. Uşağın hər cür səs, qoxu və toxunma təcrübəsindən məhrum olduğu, ciddi səviyyədə istismara məruz qaldığı düşünülür.

Bu tip pozuntu uşağın inkişafında gerilik və hafizə problemləri olacağı anlamına gəlir. Bəzi fiziki istismar faktlarının uşaq beynində ani və birbaşa qalıcı xəsarətlərə səbəb ola biləcəyi bilinir. Bu pozuntular qalıcı problemlərə və ölümcül nəticələrə yol aça bilər. Məsələn, bir uşağı şiddətli şəkildə sarsıtmaq beyin toxumasına zərər verə və damarların yırtılmasına səbəb ola bilər. Bu da iflic, yaddaşın itirilməsi, hətta ölümə gətirib çıxara bilər. Erkən yaşda başlayan istismar uşağın duyğusal inkişafında uzun müddətli təsir yaradar.

Qayğı göstərilməyən uşağın beyni digərlərinə nisbətən 2 qat daha zəif inkişaf edir.

Daha əvvəl aparılan bir araşdırmada da uşağın necə yetişdirilməsinin beyin inkişafında əhəmiyyətli rol oynadığı ortaya çıxıb. Amerikalı elm adamları diqqət göstərilməyən uşaqların beyinlərinin 2 qat daha yavaş inkişaf etdiyini ortaya qoyub.

Qayğı görməyən uşağın beyni inkişafdan qalır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam