Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Türkiyədən daha bir möhtəşəm tarixi film– FOTOLAR

FİLM “OSCAR”A İDDİALIDIR

85

Yenixeber.org: Türkiyə daha bir tarixi filimlə rekorda imza atmağa hazırlaşır. Hazırlıqları təxminən 2 ildir, davam edən və “Angel Yapım” şirkətinin istehsalı olan film “Dəlilər” adlanır.

BakuPost xəbər verir ki, filmin rejissoru Osman Qayadır. “Dəlilər”də Türkiyənin məşhur aktyor və aktirasaları – Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.

Maraqlı məqam isə ondan ibarətdir ki, “Game of Thrones” ve “Vikings” kimi keyfiyyətli film olacağına zəmanət verilən “Dəlilər”də azərbaycanlı aktyor da rol alıb. Hələlik adı gizli saxlanılan aktyorumuz filmdə “dəlilər”dən birini canlandıracaq. Onun ifa etdiyi obrazın adı“Mübariz”dir. “Mübariz” Azərbaycandan gələrək Türk dəlilərinə qoşulur və düşmənləri yenir.

Film Sultan Mehmet Fateh tərəfindən Vlad Tsepeşin sarayına göndərilən Osmanlının ən cəsur süvariləri olan “Dəlilər”in bu vəzifə boyunca yaşadıqlarından bəhs edir.

Son vaxtların ən yüksək büdcəli filmlərindən olan və çəkilişləri davam edən “Dəlilər”in nümayiş tarixi hələ açıqlanmayıb.

Filmin rejissorlarından və baş rol ifaçılarından olan Cem Uçan jurnalistlərə açıqlamasında 8 ildir, bu layihə üzərində işlədiyini deyib: “Çox çətin bir iş görürük. 7 həftədir Ağsaraydayıq, son 1 həftəmiz alıb. Görüntü baxımından bir şou və müdhiş bir hekayə izlətdirməyə iddialıyıq. “Game of Thrones”, “Vikings” kimi filmləri onlardan daha yaxşı çəkə bilərik. Çəkilişlərdə çox təhlükəli anlar da yaşadıq, amma əziyyətimizə dəyəcək. Tamaşaçı izləyəndə bunu görəcək”.

1525256578_dutoq02x0aeb4jy

Cem Uçan əlavə edib ki, filmdəki kostyumların parçaları “Game of Thrones” filmindəki kostyumların parçaları ilə eyni yerdə istehsal olunub: “Çəkilişlərimizi də adını çəkdiyimiz filmlərin təchizat və texnologiyaları ilə həyata keçiririk. Türkiyədə çox da istifadə olunmayan “cooke lens” ilə çəkiliş edirik. Rəng isə tamaşaçının öyrəncəli olmadığı rəng olacaq. Film Türkiyə ilə eyni vaxtda bütün Avropada nümayiş olunacaq. Film “Ən yaxşı görüntü rejissoru” və “Ən yaxşı rejissor” mükafatlarını almalıdır. Çünki həqiqətən möhtəşəm görüntülərimiz var”.

Alaca xarakterini canlandıran məşhur aktrisa Nur Fettahoğlu çəkilişlərin möhtəşəmliyindən danışıb və filmin heyətinin həyəcanlı olduğunu dilə gətirib: “Kostyumlara kimi hər şeyə çox diqqət və həssaslıq nümayiş olundu. Çox ciddi əmək sərf olunub”.

Roza rolunun ifaçısı Demet Tuncer isə filmin “Oscar”a layiq olduğunu qeyd edib: “Hekəyə çox gözəldir. Oxudum və heyran oldum. Həqiqətən qürur duyuram. “Game of Thrones” və “Vikings” dadında bir filmdir. O rənglər, o vəhşilik və təbiiliyi göstərən bir şey gördüm “Dəlilər”də. Kaş ki, “Oscar”a namizəd olaq. Çünki həqiqətən haqqımızdır”.

868788

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam