Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müşviq Şahverdiyev:"Bu filmdə 18+ səhnələr, vulqar sözlər yoxdur"

 

 

 

Aktyor Müşviq Şahverdiyev rol aldığı “O kuş buraya gelecek” filmindən danışıb

 

Yenixeber.org: Aktyor bildirib ki, bu filmə maraq olduqca böyükdür: "Bu ilin sonuna kimi iki filmimizin qalası gözlənilir. "Kəklikotu" və "O kuş buraya gelecek". İkinci filmin qalası yanvar ayına qədər uzana bilər. Həmin film türklərlə ortaq olaraq çəkilib. Bildiyiniz kimi orada Ufuk Özkan, Mehtap Bayri kimi tanınmış aktyor və aktrisalarla çalışmışıq. Hər iki filmin uğur qazanacağına inanıram. Əlbəttə, istəyərəm ki, "O kuş buraya gelecek" filmi çox sevilsin və baxılsın. Çünki bu film həm də Türkiyədə nümayiş olunacaq. Hər aktyor istər ki, ölkəsindən kənarda tanınsın. Bu film mənim üçün dəhliz rolunu oynaya bilər. İlk qala gecəsi Türkiyədə baş tutacaq, sonra Azərbaycanda. Özümə o qədər güvənirəm ki, o filmdən sonra yeni təkliflərin olacağına inanıram. Çünki bütün gücümü qoymuşam".

Aktyor daha sonra hazırda yeni bir filmin üzərində işlədiyi mesajını da verib: ""Niyə 3" filminin çəkilişlərinə başlamışıq. Amma bu dəfə adını dəyişəcəyik, lakin obrazlar qalacaq. Çünki rəhbər şəxslərlə məsləhətləşəndən sonra belə qənaətə gəldik ki, niyələrə həmişə cavab tapmaq olmur. Filmin müəllifi Fariz Əliyev təklif verdi ki, filmin adı "Ağ tük" olsun. Burada da Asimanla İsabalanın şansından söhbət gedir. Mart ayında bu filmin qala gecəsi planlaşdırılır. Bu filmdə yeni bir nəfəs var. Bundan qabağki filmdən 20 dəfə güclü film olacaq. Birinci "Niyə" ilə ikinci arasında 10 il vaxt olmuşdu. İnanıram ki, bu filmdə komanda olaraq çox yaxşı iş ortaya çıxaracayıq. Film tam olaraq ailə filmidir və sevdiklərinizlə rahat şəkildə izləyə biləcəksiniz. 18+ və digər vulqar səhnələr yoxdur".

Son olaraq Müşviq aparıcılıq etməsinə də toxunub: "Heç vaxt aparıcılıq etməmişdim. Xəzər TV-də "Ailələr yarışır" adlı verilişin aparıcısıyam. Maraqlı məqam da odur ki, "O kuş buraya gelecek" filmindəki tərəf müqabilim Ufuk Özkan da mənim kimi öz ölkəsində eyni verilişin aparıcısı olub. Filmin setində bunu bildik və çox maraqla qarşıladıq. Mən sadəcə bu sahədə özümü sınayıram, heç vaxt özümü professional aparıcı hesab etmirəm. Sadəcə olaraq bu da maraqlı sahədir və təklif gəldi, qəbul etdim".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam