Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Röyanın keçmiş biznes ortağı həbs edilib –FOTO

Röyanın keçmiş biznes ortağı həbs edilib –

 

Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib

 

Yenixeber.org: R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam