Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Da Vinçinin əsəri saxta çıxdı

 

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsərinin saxta olduğu haqda xəbərlər yayılıb

 

Yenixeber.org:  Britaniya nəşriyyatı "The Telegraph" əsərin həqiqi olmasını şübhə altına alan 4 arqument gətirib.

Əsər 1500-cü ildə çəkilib, bu zamansa 48 yaşı olan Da Vinçi işığın sınması və optik illüziyalarla məşğul idi. İsa Məsihin əlindəki büllur kürə real təsvir olunmayıb, fiqurun arxasındakı obyektlər orada əks olunmayıb.

İkinci arqument İsanın anfasdan çəkilməsidir, Da Vinçinin o biri əsərlərində isə personajlar mürəkkəb pozada çəkilir.

Üçüncü arqument tablonun tarixçəsi ilə bağlıdır. Onun auksiona qədər kimlərdə olması tablonun həqiqiliyini kölgə altına salır.

Dördüncü arqumentsə onun restavrasiya olunmasıdır. Onu bərpa ediblərsə də, o qədər əlavələr olunub ki, orada Da Vinçinin fırçasından, demək olar ki, heç nə qalmayıb.

Xatırladaq ki, müəllifinin  Leonardo da Vinçi olduğu deyilən tablo noyabrın 16-da Nyu-Yorkda 400 milyon dollara satılıb. Bu, indiyədək incəsənət əsərinə verilən ən böyük məbləğdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam